Pərviz Şahbazov Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pərviz Şahbazov Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb

21:27 - 17 / 11 / 2017
Pərviz Şahbazov Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb

Belçikada səfərdə olan Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb.

Energetika nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.

Pərviz Şahbazov Avropa İttifaqının strukturları ilə enerji sahəsində uzunmüddətli əməkdaşlığın Azərbaycanın enerji infrastrukturunun modernləşməsi prosesinə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə verdiyi töhfələrdən danışıb. Nazir “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlərin gedişatı barədə məlumat verərək, Trans-Adriatik (TAP) qaz boru kəmərinin də vaxtında başa çatdırılacağına ümid etdiyini deyib.

Maroş Şevçoviç isə Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yüksək rola malik olduğunu qeyd edərək bildirib ki, Avropa Komissiyası bu layihəyə dəstəyini bundan sonra da davam etdirəcək. Görüşdə həmçinin Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü və Maroş Şevçoviçin dəstəyi ilə yaradılmış “Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurasının indiyə kimi keçirilmiş iclaslarının layihənin icrası prosesinə müsbət təsirləri barədə söhbət açılıb. Avropa Komissiyasının vitse-prezidentinin iştirakı ilə keçirilməsi planlaşdırılan “Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti iclası”na hazırlıq məsələləri müzakirə edilib.

Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni Saziş layihəsinin enerji əməkdaşlığına aid hissəsi üzrə də müzakirələr aparılıb. Azərbaycanla Avropa Komissiyası, Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində əməkdaşlıq məsələləri,eləcə də qlobal enerji bazarında müşahidə edilən yeni trendlər ətrafında da geniş fikir mübadiləsi edilib.

1news.az

Paylaş:
552

Son xəbərlər

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12
Bütün xəbərlər