“Neftçi”yə qalib gələn “AzNar” komandası “Nar kuboku”na sahib olub – FOTO | 1news.az | Xəbərlər
İdman

“Neftçi”yə qalib gələn “AzNar” komandası “Nar kuboku”na sahib olub – FOTO

20:01 - 04 / 11 / 2017
“Neftçi”yə qalib gələn “AzNar” komandası “Nar kuboku”na sahib olub – FOTO

Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “AzNar” QSC-nin maliyyə dəstəyi ilə keçirilən XII Nar festivalı noyabrın 4-də başa çatıb. Festivalın ikinci günü Göyçay şəhər stadionunda “AzNar” və “Neftçi” futbol komandaları arasında “Nar kuboku” uğrunda oyun keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, oyundan öncə “AzNar” QSC tərəfindən əsaslı şəkildə yenidən qurulan Göyçay şəhər stadionunun açılış mərasimi olub.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, “AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov, Milli Məclisin deputatı Sabir Hacıyev iştirak edib. Məlumat verilib ki, 1976-cı ildə istifadəyə verilmiş Göyçay şəhər stadionu 40 ildən sonra yenidən əsaslı təmir edilib. Ümumi ərazisi 6 hektar olan stadionda 2500 ədəd yeni oturacaq quraşdırılıb, 380 kvadratmetr sahəyə yaşıl ot örtüyü salınıb. Stadionun giriş qapıları müasir qapılarla əvəzlənib, yeni monitor quraşdırılıb.

Həmçinin ərazidə ilk dəfə olaraq voleybol, basketbol, minifutbol meydançaları inşa edilib. Stadion əsaslı təmirdən sonra “AzNar” futbol komandasının ixtiyarına verilib. Bir il öncə fəaliyyətə başlayan “AzNar” komandası Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə təşkil olunan Həvəskarlar Liqasındakı ev oyunlarını bu stadionda keçirib.

Sonra qonaqlar “AzNar” İdman Klubunun zalında məşq edən yeniyetmə güləşçilər, boksçular və qaydasız döyüşçülərin nümunəvi çıxışlarına baxıblar.

Stadionun açılış mərasimindən sonra “AzNar” və “Neftçi” komandaları arasında “Nar kuboku” uğrunda oyuna start verilib. Oyun “AzNar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Yarışı 5 minə yaxın azarkeş izləyib.

İş adamı Fərhad Əhmədov sonda “AzNar”ın oyunçuları ilə görüşərək onları qələbə münasibətilə təbrik edib, komandaya “Nar kuboku” və 10 min manat pul mükafatı təqdim edib.

S.Xankişiyeva

 

Paylaş:
908

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər