Nazir: Əfqanıstan hökuməti Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Əfqanıstan hökuməti Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərir

17:12 - 07 / 11 / 2017
Nazir: Əfqanıstan hökuməti Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərir

Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması və Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya yeni tranzit dəhlizinin açılmasına Əfqanıstan hökuməti çox böyük maraq göstərir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri ölkəmizdə səfərdə olan Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakimi deyib.

Nazir Əklil Əhməd Hakimi qeyd edib ki, son zamanlar iki ölkənin dövlət başçılarının əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi istiqamətində apardığı danışıqların nəticəsidir ki, biz bu əlaqələri inkişaf etdirə bilirik.

“Bir sıra məsələləri müzakirə etmək üçün iqtisadiyyat naziri Şahin Mustafayevin dəvəti ilə Azərbaycana səfərə gəldim. Səfərimin məqsədi Əfqanıstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində danışıqlar aparmaqdır. Ötən illər ərzində Azərbaycan müxtəlif sahələrdə - təhlükəsizlik, təlim və s. Əfqanıstanı dəstəkləyib. Əfqanıstan dövləti adından Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. Səfər çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində hər iki ölkənin gələcəyinə mənfəət gətirən məsələləri müzakirə edəcəyik. Biz iqtisadiyyat naziri Şahin Mustafayevlə bir sıra sahələrdə danışıqlar apardıq və bundan sonra da davam etdirmək niyyətindəyik. Mən hər iki ölkə arasında gələcək əməkdaşlığa çox ümidvaram və bu əməkdaşlıq əlaqələrimizin inkişafına töhfə verəcək”, - deyə nazir bildirib.

Əfqanıstanın maliyyə naziri, həmçinin “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının bu ilin dekabrında Bakıda təşkilinə görə də Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.

S.Xankişiyeva

 

Paylaş:
902

Son xəbərlər

Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56
Bütün xəbərlər