Nazir: “Bu il 12371 yanğın qeydə alınıb, 109 nəfər xilas edilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Bu il 12371 yanğın qeydə alınıb, 109 nəfər xilas edilib”

13:50 - 14 / 12 / 2017
Nazir: “Bu il 12371 yanğın qeydə alınıb, 109 nəfər xilas edilib”

“Cari ildə Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-də keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Fövqəladə hallar naziri bildirib ki, bu il əməliyyat şəraiti diqqət mərkəzində saxlanılıb, yanğın hadisələrinin qarşısı alınaraq ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib: “Hesabat dövründə respublika ərazisində 12371, o cümlədən Bakı şəhərində 3965 yanğın hadisəsi qeydə alınıb. Onlardan cəmi 8 yanğın yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 37 yanğın hadisəsi qeydə alınıb, hər 3 gün ərzində yanğınlarda 1 nəfər xilas edilib. 2016-cı ilin analoji dövrü ilə müqayisədə yanğınlarda xilas edilənlərin sayı 69 nəfər artıb”.

K.Heydərov qeyd edib ki, bu il baş verən meşə yanğınları zamanı 25 min hektara yaxın meşə sahəsi, əkin sahələrində baş vermiş yanğınlar zamanı isə 85 min hektara yaxın ərazi yanğından mühafizə olunub: “Pambıq qəbulu məntəqələrinin yanğından mühafizə məntəqələrindən 16-da yanğından mühafizə qüvvə və bölmələrinin növbə çəkməsi təşkil edilib, pambıq sahələri və tayalarında baş vermiş 40 yanğının operativ söndürülməsi təmin olunub”.

Fövqəladə hallar naziri nəzərə çatdırıb ki, hesabat dövründə yanğınların söndürülməsi zamanı 98 dövlət obyekti, 296 özəl obyekt, 289 çoxmərtəbəli, çoxmənzilli  bina, 532 fərdi ev, 284 müxtəlif təyinatlı texnika mühafizə olunub, 109 nəfər yanğından xilas edilib: “Yanğınlar zamanı mindən artıq vətəndaş təhlükəsiz ərazilərə təxliyə olunub”.

K.Heydərov qeyd edib ki, bu il 3400-dan çox mənzil və fərdi evdə qazla bağlı yanğından təhlükəsizliklə əlaqəli nöqsanlar aşkar edilib, həmin nöqsanların aradan qaldırılması üçün qaz istismar idarələrinə məlumat verilib: “İslam Həmrəyliyi Oyunları və “Formula 1” oyunları zamanı görülmüş tədbirlər nəticəsində tədbirlər keçirilən obyektlərdə yanğınlar baş verməyib”.

1news.az

Paylaş:
510

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər