Münxendə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Münxendə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

11:30 - 18 / 02 / 2018
Münxendə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfərini xatırladıb, bu səfərin Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində bütün tərəfdaş dövlətlərin, o cümlədən Azərbaycanın vahid prinsiplər əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə ifadə olunan dəstəyin təqdir olunduğunu deyib. Elmar Məmmədyarov həmsöhbətə bu il aprelin 11-də Konstitusiyaya uyğun olaraq ölkəmizdə prezident seçkilərinin keçiriləcəyi barədə məlumat verib.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair Saziş layihəsi üzrə aparılan danışıqlara toxunulub.

Tərəflər, həmçinin enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar və Bakıda fevralın 15-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının uğurla keçdiyini vurğulayıblar. Uzlaşma (connectivity) və nəqliyyat sahəsində əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu və Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb. Enerji məsələləri ilə bərabər təhlükəsizlik və nəqliyyat sahələrində də Aİ ilə Azərbaycan arasında dialoq mexanizminin yaradılması müsbət addım kimi qiymətləndirilib.

Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə cari danışıqlar barədə məlumat verərək, işğala əsaslanan mövcud status-kvonun dəyişdirilməsi və münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
595

Son xəbərlər

“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11
Bütün xəbərlər