Mübariz Əhmədoğlu: Şoyqunun ehtimali prezidentliyi Rusiyanı riskli zonadan uzaqlaşdıra bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Şoyqunun ehtimali prezidentliyi Rusiyanı riskli zonadan uzaqlaşdıra bilər

12:31 - 06 / 12 / 2017
Mübariz Əhmədoğlu: Şoyqunun ehtimali prezidentliyi Rusiyanı riskli zonadan uzaqlaşdıra bilər

Rusiya mürəkkəb geosiyasi vəziyyətdədir. Belə vəziyyətin yaranmasının əsas səbəbi Rusiyanın Yaxın Şərq siyasətində arxalandığı kürd parametrinin qəflətən sıradan çıxmasıdır. İraq Kürdüstanındakı referendum əks-effekt yaratdı.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Rusiyanın Yaxın Şərq münaisbətilə bağlı xəbəri şərh edərkən bildirib:

“İraq Kürdüstanı nəinki müstəqil ola bilmədi, hətta neftlə zəngin Kərkük regionunu itirdi. Bu Rusiya üçün konkret iqtisadi itkidir. 1 milyard dollar verdiyi pul batdı. Ehtimal ki, referendum da bu pulla keçirilib. Kərkük neft yataqlarından əldə edə biləcəyi əlavə 2 milyard dollar qazancdan da məhrum oldu. Amma kürd parametrinin sıradan çıxması Rusiya üçün geosiyasi, və geostrateji baxımdan iqtisadiyyata nisbətən qat-qat ciddi zərbə vurdu. Rusiya hədsiz dərəcədə güclü maşanı əlindən itirməklə yanaşı, eyni zamanda onun Türkiyə və İranla strateji rəqibliyini artırdı. O da nəzərə alınmalıdır ki, yaxın illərdə kürdlərin əvvəlki səviyyəyədək güclənməsi mümkün deyil. Beləliklə Rusiyanın Yaxın Şərq regionunda ciddi itkilərə məruz qalması göz qabağındadır.

Ona görə ABŞ Rusiyaya qarşı mövqeyini sərtləşdirməyə başlayıb. ATES-in Vyetnam sammitində məhz ABŞ tərəfi prezidentlərin görüşündən imtina etdi. Bu sammitdə Putin Trampla iki dəfə ayaqüstü görüşdü, eləcə də İordaniyada fəaliyyət göstərən işçi qrupun hazırladığı Suriya tənzimlənməsi barədə sənədi təsdiqlədilər. Məhz bu sənəd Rusiyanın düşdüyü geosiyasi vəziyyətin göstəricisi oldu. Çünki RF ABŞ-ın irəli sürdüyü şərtləri qəbul etməli oldu. Şərtlərin qəbulu strateji baxımdan RF üçün yaxşı heç nə vəd etmir:

ı. RF İranı və İrana bağlı qüvvələri Suriyadan çıxarmaqla bağlı ABŞ qarşısında öhdəlik götürür.

ıı. RF Cenevrə platformasını Suriya tənzimlənməsi üçün yeganə platforma kimi qəbul edir. Bu RF-in Qazaxıstan platformasından imtinası deməkdir. Ola bilər V.Putin Nazarbayevin aktivliyindən narahat olaraq Qazaxıstan platformasının sıradan çıxmasında maraqlıdır.

ııı. Bu faktiki olaraq RF-in B.Əsəddən imtinası anlamına gəlir. Qısa fasilədən sonra ABŞ yenə arada B.Əsədin iştiraklı ilə Suriya tənzimlənməsinin mümkün olmayacağını diqqətə çatdırır. RF-in düşdüyü vəziyyət İranla bağlı siyasəti çox dəqiq  xarakterizə edir; Bir əli ilə D.Trampla İranı Suriyadan çıxarmaqla bağlı müqavilə imzalayan V.Putin, digər əli ilə H.Ruhanini Suriya məsələsini müzakirə etmək üçün üçtərəfli formatda iştirak məqsədilə Soçiyə dəvət etdi. Cəmi bir neçə gün fasilə ilə bu baş verdi. V.Putinin ayın əvvəlində İrana səfər etməsini də nəzərə almaq lazımdır”.

Politoloqun fikrincə,  Kürd faktorunun zəifləməsi ABŞ-ın da siyasətinə təsir edib. Suriya kürdlərini silahlandırmayacağını bildirdi.

“Yaranmış vəziyyət RF-i seçim qarşısında qoyub. RF ABŞ-ın artan təzyiqi qarşısında əyilməli, Yaxın Şərqdə qazandıqlarından tam imtina etməlidir. Bunun alternativi Rusiyanın ABŞ-la müharibəyə başlamasıdır. ABŞ-ın yenidən Qara dənizdə hərbi aktivliyi başladı.

RF prezidenti V.Putinin  Suriya prezidenti B.Əsədi Soçidə qəbul etməsi, eləcə də Soçidə Astana formatına daxil olan dövlətlərin (RF, Türkiyə, İran) sammitini keçirməsi Putinin siyasi manevrlərinə inandığının və üstünlük verdiyinin əlamətidir. B.Əsədin adından Putin onun Suriya tənzimlənməsində dialoq üçün hər şeyə hazır olduğunu bildirdi. B.Əsədin başqa alternativi yoxdur. İranla münasibətlərə üstünlük verməsi Ərəb dövlətlərini Suriyaya qarşı hərbi aktivliyə vadar edəcəkdir. Rusiya Suriya siyasətini Ərəb dövlətləri ilə dialoq rejimində aparır. Ərəblərin nifrətini müəyyən qədər azalda bilib. B.Əsədlə Soçi görüşündən sonra V.Putin bu mövzuda ABŞ, Misir, Fransa prezidentləri və Səudiyyə kralı ilə telefon danışıqları apardı”.

Mübariz Əhmədoğlunun fikrincə, kürd faktorunun itkisinin əvəzini doldurmaq üçün Rusiyanın şansı heç də sıfır deyil.

“Burada əsas məsələ V.Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsindəki mövqeyindən və Azərbaycanyönümlü operativliyindən çox şey asılıdır. RF prezidenti V.Putinin təşəbbüsü ilə ABŞ prezidenti D.Trampla telefon danışığı baş tutdu. Bir saat çəkən danışıqda Koreya, Suriya, Ukrayna və İranın nüvə proqramları müzakirə edildi.

RF müdafiə naziri S.Şoyqu son aylarda xeyli aktivləşib. Amma noyabr ayında onun keçirdiyi bəzi görüşlər müdafiə naziri statusu ilə uyğun gəlmir. S.Şoyqu BMT Baş Katibinin Suriya məsələləri üzrə nümayəndəsi S.de Mistura ilə Suriya Milli Dialoq Konqresinin təşkilati məsələlərini müzakirə etdi. S.Şoyqu Səudiyyə kralı, Qətər əmiri və Sudan prezidentləri ilə görüşündə müdafiə naziri statusundan üstün məsələləri müzakirə etdi.

Ehtimal ki, V.Putin qarşıdan gələn prezident seçkilərində iştirak etməyəcək. Bu dəfə onu D.Medvedev deyil, S.Şoyqu əvəzləyəcək. Görünür, V.Putin aktiv hərbi proseslər olmadan və ya hərbi gücün aktivləşməyəcəyi təqdirdə Rusiyanın uğur qazanacağına inanmır. Qeyri-rus, şərqli S.Şoyqunun hərbi manevrləri Putinin başladığı siyasəti riskli zonadan uzaqlaşdıra bilər”.

S.Xankişiyeva

 

 

Paylaş:
747

Son xəbərlər

Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıbBu gün, 13:41Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44
Bütün xəbərlər