Mübariz Əhmədoğlu: Ermənistan müəyyən xarici dövlətlərə İranın daxilində xaos yaratmaq üçün bələdçilik edib   | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan müəyyən xarici dövlətlərə İranın daxilində xaos yaratmaq üçün bələdçilik edib  

10:33 - 22 / 01 / 2018
Mübariz Əhmədoğlu: Ermənistan müəyyən xarici dövlətlərə İranın daxilində xaos yaratmaq üçün bələdçilik edib  

Ermənistan prezidenti S.Sərkisyan dekabrın 13-də “Armeniya” televiziyasına verdiyi müsahibədə İranda sülh və sabitliyi şübhə altına salan bəyanat verib.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan prezidentinin verdiyi müsahibəni şərh edərkən bildirib:

“İran bizim üçün dost ölkədir. İndiki iqtisadi əməkdaşlığın səviyyəsi bizi qane etmir. Nəhəng potensial mövcuddur. Onun reallaşması üçün İranda sülh və sabitlik zəruridir”.

https://news.am/rus/news/426447.html

https://news.am/arm/news/426447.html

https://news.am/eng/news/426447.html

Prezident S.Sərkisyanın bu mövqeyi yenidir. Belə başa düşülür ki, Ermənistanın İranla əlaqələri inkişaf etdirməməsinin səbəbi İranda sülhün və sabitliyin olmamasıdır.

Əlbəttə, İranda 2017-ci il ağır il oldu. Amma sosial partlayışlar dekabrın 29-da başladı. S.Sərkisyanın 15 gün öncədən İranda sülh və sabitliyi şübhə altına alması onun müəyyən xarici dövlətlərlə bu məsələni konkret müzakirə etməsi kimi başa düşülə bilər”.

Politoloqun fikrincə, Ermənistan XİN İranda baş verənlərə heç bir münasibət bildirmədi.

“İranın daxilində baş verənlərə münasibət bildirməyən dövlətlərin sayı çox olsa da Ermənistanın bu sırada olması paradoksdur. Çünki bu ölkənin prezidenti hətta sammitlərdə az qala İranın məmuru kimi çıxış edirdi.

Əksər erməni ekspertləri İrandakı xaosda Azərbaycanın rolunu axtardılar. Şərqşünas, filologiya elmləri doktoru, İranın milli azlıqlar üzrə qrantlarının əsas istehlakçısı Qarnik Asatryan bir az da qabağa gedərək Bakıda, Azərbaycanın Müdafiə Nazirliyi sistemində İrandakı iğtişaşları qızışdırmaq məqsədilə xüsusi qrupun fəaliyyət göstərdiyini bildirdi”.

M.Əhmədoğlunun sözlərinə görə, bütün bunları ümumiləşdirməklə çox maraqlı nəticələr əldə etmək mümkündür:

“Ermənistan rəhbərliyi İrandakı xaosdan əvvəlcədən məlumatlı imiş. Ermənistan müəyyən xarici dövlətlərə İranın daxilində xaos yaratmaq üçün bələdçilik edib. İranın Azərbaycana ehtiyatlı, Ermənistana isə xoş münasibəti bəllidir. Ermənistanın İsraillə artan rəsmi əlaqələrinə İranın müsbət yanaşması hər şeyi deyir. Ola bilər bu bir qrup İran səlahiyyətlisinin fəaliyyətidir. Amma bu fəaliyyət bütün İranın mövqeyi kimi görünür.

İranda sosial-gərginlik çoxdan mövcud idi. Amma bunun ABŞ-ın Ermənistandakı səfirliyinin İranla əlaqələri aktiv müzakirə etdiyi və İsrail-Ermənistan rəsmi əlaqələrinin intensivləşdiyi dövrə düşməsi təsadüfi deyil. Xüsusi olaraq qeyd edək ki, bu dövr ərzində heç bir xarici dövlət Azərbaycanda İran mövzusunu aktuallaşdırmayıb. Əksinə, Azərbaycanın Myanma, Qüds və İranın daxilində baş verənlərlə bağlı rəsmi mövqeyi İranda təqdir olunub”.

S.Xankişiyeva

 

Paylaş:
525

Son xəbərlər

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12
Bütün xəbərlər