Moody's Bank Respublikanın reytinqini B3 “stabil” dərəcəsinə yüksəltdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Moody's Bank Respublikanın reytinqini B3 “stabil” dərəcəsinə yüksəltdi

17:20 - 16 / 04 / 2019
Moody's Bank Respublikanın reytinqini B3 “stabil” dərəcəsinə yüksəltdi

“Moody's” Beynəlxalq Reytinq Agentliyi Bank Respublikanın uzunmüddətli kredit reytinqini “stabil” proqnozla B3 dərəcəsinə yüksəldib.

Agentliyin analitikləri reytinqin yüksəlməsini bankın mənfəətinin və aktivlərinin keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirir.

Moody's hesab edir ki, Bank Respublika portfel üzrə ehtiyatların yaradılması prosesini 2018-ci ildə yekunlaşdırıb və 2019-20-ci illərdə ehtiyatların yaradılması üzrə xərclərin azalacağını gözləyir. Bu isə, əməliyyat mənfəətinin yüksəlməsi ilə yanaşı, növbəti 12-18 ay ərzində xalis mənfəətin artmasına gətirib çıxaracaq. Aktivlərin keyfiyyətinin yaxşılaşması köhnə portfelin amortizasiyası ilə yanaşı, daha sərt anderraytinq standartları ilə verilmiş yeni kreditlərin həcmi ilə də bağlıdır. Portfelin keyfiyyətinin yaxşılaşdırılması tendensiyası, həmçinin 2019-20-ci illərdə kredit portfelinin böyüməsi ilə davam edəcək.

“Moody`s agentliyi tərəfindən bankın reytinqinin yüksəldilməsi, bankın kollektivinin böyük əməyinin layiqincə qiymətləndirilməsidir. Biz çox şadıq ki, bankın maliyyə sabitliyinin və inkişafının təmin olunmasına yönəlmiş tədbirlərimiz özlərini tam şəkildə doğrultdu və beynəlxalq səviyyədə təsdiqini tapdı. Əminik ki, yeni reytinq Bank Respublikanın daha etibarlı və dinamik inkişaf edən banklardan biri kimi mövqeyini daha da gücləndirəcəkdir”, – deyə Bank Respublikanın Müşahidə şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
593

Son xəbərlər

Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46
Bütün xəbərlər