“Minsk 2019”: Mariya Stadnik yarımfinala yüksəlib | 1news.az | Xəbərlər
İdman

“Minsk 2019”: Mariya Stadnik yarımfinala yüksəlib

14:20 - 27 / 06 / 2019
“Minsk 2019”: Mariya Stadnik yarımfinala yüksəlib

İyunun 27-də - “Minsk 2019”un yeddinci, güləş yarışlarının isə üçüncü günündə Azərbaycanın qadın pəhləvanları mübarizəyə uğurla start veriblər.

1news.az xəbər verir ki, qadın güləşçilər mübarizəyə 50, 57, 62 və 76 kiloqram çəki dərəcələrində səkkizdəbir final mərhələsindən başlayıblar. Azərbaycanı bu çəki dərəcələrində Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edirlər.

Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik (50 kq) mübarizəyə birbaşa dörddəbir final mərhələsindən başlayıb. Güləşçimiz bu mərhələdə polşalı Anna Lukasiak üzərində təmiz qələbə qazanaraq (10:0) adını yarımfinala yazdırıb. Yarımfinalda qadın pəhləvanımızın rəqibi türkiyəli Evin Demirhan olacaq.

Digər üç güləşçimiz səkkizdəbir final mərhələsində ilk görüşlərini qələbə ilə başa vurublar. A.Kolesnik (57 kq) Macarıstan təmsilçisi Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Lakin güləşçimiz dörddəbir finalda bolqarıstanlı Mimi Hristovaya uduzub – 0:6. Rəqib finala çıxacağı təqdirdə idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanacaq.

E.Qəmbərova (62 kq) səkkizdəbir finalda almaniyalı Lutsi Manskeyə (4:0) qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə güləşçimizin rəqibi polşalı Katarina Madrovska olacaq.

Səkkizdəbir finalda yunanıstanlı Aykaterini-Eyrini Pitsiavaya 9:0 hesabı ilə qalib gələn S.Əliyeva (76 kq) dörddəbir Böyük Britaniya təmsilçisi Ceorcina Nelthopr ilə qarşılaşacaq.

Bu gün, həmçinin iki çəki dərəcəsində kişi güləşçilərimiz qızıl medal uğrunda mübarizə aparacaqlar. Hacı Əliyev (65 kq) finalda gürcü Vladimir Xinçeqaşvili, Nurməhəmməd Hacıyev (97 kq) isə Rusiya təmsilçisi Albdurəşid Sadullayev ilə qarşılaşacaqlar. H.Əliyev Bakı vaxtı ilə saat 19:50-də, N.Hacıyev isə saat 20:40-da xalça üzərinə çıxacaqlar.

Xatırladaq ki, ötən gün güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) qızıl, Hacımurad Hacıyev və Cəmaləddin Maqomedov (125 kq) bürünc medal qazanıblar. Hazırda Azərbaycan yığmasının aktivində 1 qızıl, 4 gümüş və 9 bürünc medal var.

1news.az

 

Paylaş:
858

Son xəbərlər

Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02
Bütün xəbərlər