MFL-in 4-cü turu: Oyun zamanı vurulmuş qolların bolluğu, eləcə də maraqlı epizodlar haqqında – FOTO – VİDEO   | 1news.az | Xəbərlər
Futbol

MFL-in 4-cü turu: Oyun zamanı vurulmuş qolların bolluğu, eləcə də maraqlı epizodlar haqqında – FOTO – VİDEO  

16:24 - 28 / 11 / 2017
MFL-in 4-cü turu: Oyun zamanı vurulmuş qolların bolluğu, eləcə də maraqlı epizodlar haqqında – FOTO – VİDEO  

Azərbaycanda həvəskarlar arasında ilk mini futbol liqasının (MFL) dördüncü turu sona çatıb.

Budəfəki turda diqqətçəkən məqam vurulmuş qolların bolluğudur. Belə ki, hər iki konferensiyada matçlar keçirilib və oyun zamanı 17-18 vurulmuş qol qeydə alınıb. Biriləri üçün bu, inanılmaz nəticələrdir. Lakin nə etmək olar, bu, həvəskar futbol yarışıdır – burada hər şey mümkündür.  

Həmçinin B Konferensiyasında komandaların görüşü zamanı maraqlı epizodla yadda qalıb. Lakin bununla bağlı bir az sonra danışacağıq.

İndi isə A Konferensiyasından başlayaq – aşağıdakı cədvəldə oyunların nəticələri ilə tanış ola bilərsiniz:

A Konferensiyasında ən yaxşı məhsuldar ötürmənin sahibi – çempionatın liderlərindən olan, “İKAU” komandasından Samirdir.

Ən yaxşı bombardirlər siyahısına həmişəki kimi Elvin rəhbərlik edir.

“Baku Eagles” komandası birmənalı olaraq A Konferensiyasının liderləridir, görünür bu mövqeni tərk etmək niyyətində deyillər.

A Konferensiyasındakı aparıcı turların və maraqlı məqamlarla bağlı video-süjetə buradan baxa bilərsiniz:

Burada isə MFL-in ən sevimli komandalarından biri “Baku Eagles” haqda tanıtım reportajı təqdim edilib.

Bu oğlan – “Avantaj” komandasından olan qolkiper Baba Qafarov cəmi bir oyun çərçivəsində hər şey edə bildi.

1News.tv MFL TV ilə birgə ərsəyə gətirdiyi Football Talks adlı yeni video-layihənin budəfəki buraxılışında aparıcılar Emil Nəsirov və Rafiq Əzizin təqdimatında “Forza Neftçi”nin kapitanı Sübhanla maraqlı söhbət keçib. Müzakirələr zamanı Sübhan bildirib ki, onların komandası “Neftçi”nin əsl azarkeşləridir və digər klublar onları maraqlandırmır.

Xatırladaq ki, Football Talks video-layihəsi 1news.azMFL-in Facebook səhifələri vasitəsilə canlı yayımlanır. Eləcə də MFL saytıMFL TV-nin Youtube kanalında yerləşdirilir.

B Konferensiyasında 4-cü turun nəticələri aşağıdakı kimidir:

Ən yaxşı məhsuldar ötürənlər siyahısına fərqlənənlər arasında həmişəki kimi “Sabunçu” komandasının oyunçusu Mehdi Əzimzadə liderlik edib.

“Spartalılar”dan olan hücumçu Cəfər Konferensiyanın bombardirlər siyahısına başçılıq edir. Onun hesabında 15 qol qeydə alınıb.

B Konferensiyasında ilk sıraları iki komanda: “Sabunçu” və “Unversal” bölüşür.

B Konferensiyasındakı maraqlı məqamlarla bağlı video-süjetə buradan baxa bilərsiniz:

Məlum olduğu kimi, mövsümün sonunda hər iki liqadan olan ilk 10 komanda pley-off mərhələsinə yüksəlmək üçün bir-birilə yarışacaq. Hazırda isə ilk 20 komandanın sıralanması bu cürdür:

4-cü turda öz komandasına xal qazandıran futbolçulardan ibarət simvolik yığma bu cürdür:

Ötən mövsümdə MFL tarixində rekord göstərici Yadulla Əmirəliyevə məxsusdur. O, bir oyunda 11 qol vurmuşdu. Budəfəki mövsümdə isə Yadullanın rekordunu Elvin Əlizadə təzələyib. Belə ki, Elvin 2 taymda rəqibinin qapısından 14 top keçirib.  

İcmalın sonunda isə yuxarıda qeyd etdiyimiz epizoddan bəhs etmək istərdik.

4-cü turda “Poseidon” – “CBC Sport” arasında keçirilən oyun zamanı yanlışlıqla penalti təyin olunur. Baxmayaraq ki, aparıcılar hesabda geri qalırdı, komandanın oyunçusu Gündüz Abbaszadə nəcib jest edərək qəsdən topu qapıdan yan tərəfə vurur.

Göründüyü ki, MFL məhəllə futbolu hesab olunsa da, klassik futbolda olduğu kimi, burada da şərəf qanunları qorunub saxlanılır.

Mövzu ilə əlaqədar oxuyun:

MFL-də yerli “El-Klassiko” yaranır. Mini futbol liqası sürətlə inkişaf edir – FOTO – VİDEO

MFL-in 3-cü turu: futbol peşəkarlarını maraqlandıran həvəskarlar liqasının gərginliyi – FOTO – VİDEO

Elxan Məmmədov və Joze Alesio MFL-in oyunlarını izləyiblər – FOTO

Football Talks-un ilk buraxılışı: MFL-in ötənilki çempionu olmuş kapitan hazırki favoritlər barədə – FOTO – VİDEO

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
1152

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər