MFL-in 3-cü turu: futbol peşəkarlarını maraqlandıran həvəskarlar liqasının gərginliyi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL-in 3-cü turu: futbol peşəkarlarını maraqlandıran həvəskarlar liqasının gərginliyi – FOTO – VİDEO

17:38 - 20 / 11 / 2017
MFL-in 3-cü turu: futbol peşəkarlarını maraqlandıran həvəskarlar liqasının gərginliyi – FOTO – VİDEO

Azərbaycanda həvəskarlar arasında mini futbol liqasının (MFL) üçüncü turu sona çatıb.

Yeri gəlmişkən, oyunlar zamanı gedən qızğın mübarizələrə baxdıqda “həvəskar” sözünü istifadə etmək daha da çətinləşir. Hər görüşə oyunçu və məşqçilər ciddi hazırlaşaraq, peşəkarlara güzəştə getməmələri üçün bir-birlərini ruhlandırırlar.

Məhz MFL futbolçularının bu cür həvəskarlığı futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silvanı, AFFA-nın baş katibi Elxan Məmmədovu, Futzal Federasiyasının baş katibi Mahmud Sadıqovu MFL oyunlarını ziyarət etməyə sövq etdi.

Joze Alesio meydanlardakı ab-havadan, eləcə də oyunların sürətindən məmnunluğunu bildirib.  

Həmçinin yığmanın baş məşqçisi komandalardakı ən güclüləri seyr etmək, gələcəkdə onları peşəkar futzala dəvət etmək üçün liderlərin oyunun izləmək niyyətində olduğunu da qeyd edib.  

AFFA-nın baş katibi Elxan Məmmədov da öz növbəsində MFL rəhbərliyinə yüksək səviyyədə təşkil edilmiş turnirə görə təşəkkürünü bildirərək, onlara uğurlar arzulayıb.

MFL-in rəhbəri Rəhman Hacıyev qeyd edib ki, liqanın başlıca məqsədi – futbolun məşhurlaşmasıdır. Eləcə də o, Futzal Federasiyası ilə gələcək əməkdaşlığa da ümidini vurğulayıb.

A Konferensiyasında 3 maraqlı oyun keçirilib: “Peçat dönər” asanlıqla “Bakaley”ə qalib gəlib, “Cinema Plus” “Rəcəbspor”a üçün heç bir şans verməyib, “Ironfeet” isə “IKAU” qalib gələ bilməyib.

Aşağıdakı cədvəldə A Konferensiyasındakı bütün oyunların nəticələri qeyd olunub:

IKAU haqqında.

1News.tv MFL TV ilə birgə ərsəyə gətirdiyi Football Talks adlı yeni video-layihənin ilk buraxılışında qonaq olan – ötən mövsümdə mini futbol liqasının (MFL) çempionu olmuş “GSP Logistics” komandasının kapitanı Tamerlan İbrahimov builki qalibin IKAU olacağını vurğulayıb.

Xatırladaq ki, Football Talks video-layihəsi 1news.azMFL-in Facebook səhifələri vasitəsilə canlı yayımlanır. Eləcə də MFL saytıMFL TV-nin Youtube kanalında yerləşdirilir.

Oynanılmış matçlardan sonra A Konferensiyasının turnir cədvəli:

“Madridista”dan olan Ceyhun öz Konferensiyasında ən yaxşı məhsuldar ötürmələrin sahibidir.

IKAU-dan bombardir Elvindir.

A Konferensiyasında ən maraqlı epizodlarla bağlı buradan tanış ola bilərsiniz:

B Konferensiyasının maraqlı oyunu “Vapiano” və “Birbaşa” arasında keçirilib. “Restoran işinin”  futbolçuları gərgin templə münasibətləri aydınlaşdırıblar. Nəticədə “Birbaşa” rəqiblərinə qalib gəlib.

"Vapiano" nəinki oyunu, həmçinin "Qonaqlıq" uduzub.

Aşağıdakı cədvəldə B Konferensiyasındakı bütün oyunların nəticələri qeyd olunub:

Konferensiyanın bombardiri “Spartalılar”dan Cəfərdir.

Ən yaxşı məhsuldar ötürmə “Sabunçu”dan Mehdi Əzimzadədir.

B Konferensiyasındakı turnir cədvəlində bütün komandaların xalları eynidir.

B Konferensiyasında ən yaddaqalan videolarla bağlı buradan tanış ola bilərsiniz:

Həftənin ən yaxşı qolkiperi – “Atletiko Mineyro”dan Məmmədəli Quliyevdir. “Astara FC” ilə matç zamanı maraqlı oyun nümayiş etdirib.

 

3-cü turun simvolik yığmasında sadalanan futbolçular öz mövqeləri ilə fərqləniblər.

Məlum olduğu kimi, mövsümün sonunda hər iki liqadan olan 10 komanda pley-off mərhələsinə yüksəlmək üçün bir-birilə mübarizə aparacaq. Hazırda isə ilk 20-lik bu cürdür:

MFL-in bugünkü yeni qarşıdurmasında A Konferensiyasında oynayacaqlar:

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1652

Son xəbərlər

Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00
Bütün xəbərlər