Məşhur bəstəkar və ifaçı Qoran Breqoviç Heydər Əliyev Mərkəzində çıxış edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşhur bəstəkar və ifaçı Qoran Breqoviç Heydər Əliyev Mərkəzində çıxış edəcək

13:00 - 23 / 02 / 2018
Məşhur bəstəkar və ifaçı Qoran Breqoviç Heydər Əliyev Mərkəzində çıxış edəcək

Mayın 3-də Heydər Əliyev Mərkəzində məşhur bəstəkar və ifaçı Qoran Breqoviçin konserti olacaq.

1news.az-a Mərkəzindən verilən xəbərə görə, Qoran Breqoviç Bakıdakı ilk konsertində rəhbərlik etdiyi orkestrin müşayiəti ilə məşhur filmlərə yazdığı, eləcə də dünyada populyarlıq qazanmış mahnılarını səsləndirəcək.

Gözəl müsiqilər və oynaq ritmlərlə zəngin konsertin repertuarına “Kalaşnikov”, “Bella Çao”, “Maki Maki” kimi məşhur mahnılar daxildir.

Konsertin biletləri Heydər Əliyev Mərkəzinin kassasında və rəsmi saytında (www.heydaraliyevcenter.az) satılır.

Qoran Breqoviç Şərqi Avropada “Ağ düymə” (“Bijelo Dugme”) rok qrupu ilə tanınıb, dünya şöhrətini isə filmlərə yazdığı müsiqilərlə qazanıb.

O, 1970-ci illərdən müxtəlif ekran əsərlərinə musiqi bəstələyir. Bu sahədə ən uğurlu iş birliyi rejissor Emir Kusturitsa ilə alınıb. Onun “Qaraçıların zamanı” (“Time of the Gypsies”), “Arizona arzusu” (“Arizona Dream”) və 1995-ci ildə Kann festivalında mükafat almış “Yeraltı” (“Underground”) filmlərinə yazdığı musiqilər dünya şöhrəti qazanıb. Qoran Breqoviçin musiqi yazdığı, fransız rejissor Patris Şeronun “Kraliça Marqo” (“La Reine Margot”) filmi də Kann festivalında iki mükafata layiq görülüb. Qoran Breqoviçin ekran əsərləri üçün bəstələri Balkan və qaraçı musiqilərinin elementləri ilə zəngindir.

O,bir sıra məşhur müğənnilər – Sezen Aksu, Kaya, Kşiştof Kravçik, Yorqos Dalaras ilə albomlar yazdırıb.

Qoran Breqoviçin müxtəlif musiqi mədəniyyətlərini duymaq və mənimsəmək bacarığı ona ayrı-ayrı xalqların nəğmələrini, eləcə də elektron musiqi elementlərini sintez etmək imkanı verir.

20 ildən artıq müddətdə bütün qitələrdə konsert verən musiqiçi indiyədək 3000-dən çox şou təqdim edib.

S.Xankişiyeva

 

 

Paylaş:
546

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər