Maxi.az Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edir – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maxi.az Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edir – VİDEO

16:10 - 22 / 07 / 2019
Maxi.az Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edir – VİDEO

Elektronika və məişət texnikası satışını həyata keçirən tanınmış hipermarketlər şəbəkəsi yerli kütləvi informasiya nümayəndələri üçün maraqlı hədiyyə hazırlayıb.

Bildiyiniz kimi, jurnalist üçün ən yaxşı hədiyyə – məlumatdır. Jurnalistika günü ərəfəsində Maxi.az elektronika və məişət texnikası dükanlar şəbəkəsi Azərbaycan jurnalistləri və blogeri üçün qeyri-adi və maraqlı hədiyyə hazırlamışdır. Ölkəmizin bir neçə veb-saytları və blogerlər qeyri-adi press-tura dəvət almışdılar. Bu press-tur zamanı yerli kütləvi informasiya nümayəndələri tanınmış milli brend olan Maxi.az-ın daxili həyatını görmüş və bu müvəffəqiyyətli şəbəkənin bütün daxili quruluşu haqqında ətraflı məlumat əldə etmişdir. 

Ən əvvəl Maxi.az şəbəkəsinin baş ofisi olan “Integral” şirkətinin ofisi daxilində jurnalistlər üçün ətraflı tur keçirilmişdir. Jurnalistlər Integral şirkətinin 20 ildən artıq Azərbaycan telekommunikasiya bazarında fəaliyyət göstərdiyi və ölkə daxilində xidmət göstərən multibrend şirkət olduğu, Integral şirkətinə məxsus olan Maxi.az pərakəndə satış mağazaları Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərdiyi və şəbəkənin ən böyük flaqman mağazası Ganjlik TM-də yerləşməyi barədə Marketinq şöbəsinin meneceri Arzu Mustafayeva tərəfdən məlumat aldılar. Arzu xanım jurnalistlərə şirkətin ən əsas şöbələri və aparıcı menecerləri ilə tanış etdi. Jurnalistlər onları maraqlandıran sualları şirkətin müdiri İlkin Qasımov, kadrlar şöbəsinin baş meneceri İlqar Babazadə, Call Centre meneceri Kəmalə Əliyeva və Loyallıq proqramı şöbəsi və Bonus Plus bonus sistemi meneceri Asif Qurbanova verdilər. Bütün şirkətin fəaliyyəti və fəaliyyətinin əsas istiqaməti - Maxi.az şəbəkəsi haqqında geniş məlumat aldıqda jurnalistlər şirkətin əsas fəxri olan Keyfiyyət Akademiyası ilə tanış oldular.

Qeyd edək ki, Integral şirkətinin Keyfiyyət Akademiyası döğrudanda unikal bir qurumdur və bütün respublika ərazisində analoqu mövcud deyil. Burada müasir treninqlər sayəsində sadəcə satıcılar deyil, peşəkar satış məsləhətçiləri hazırlanır, hansılar ki, hər bir müştəriyə vaxtı vaxtında ən münasib alış-veriş etməyə komək edərlər. Maraqlı, müasir metodologiya, düzgün psixoloji yanaşma, təchiz edilmiş maket-otaqlar (xüsusilə Maxi.az üçün maket-otaq) – bütün bunlar Keyfiyyət Akademiyasına əsl mütəxəssisləri hazırlamağa kömək edir. Akademiyanın aparıcı treneri Nuranə Əliyeva jurnalistlər üçün “Satış çempionları” adlı tanıtıcı treninq keçirdi. Bu treninq zamanı onlar bir çox yeni məlumat əldə etdilər və satıcı və alıcı arasında qarşılıqlı faydalı bir ünsiyyət nəticəsində alış-verişin uğurlu olmasını təmin edə biləcək real alətlər barədə tanış oldular.

Bayram münasibətilə “Naxış” restoranında dadlı təamlardan sonra isə jurnalistlər qrupu treninq zamanı əldə etdiyi biliklərdən praktikada istifadə etmək üçün Maxi.az şəbəkəsinin Gənclik Mall-da yerləşən flaqman dükanına getdilər. Burada kütləvi informasiya nümayəndələri Maxi.az satış məsləhətçilərinə məxsus olan qırmızı köynəkləri geyinib Keyfiyyət Akademiyasında qazandıqları bütün bilikləri tətbiq etməyə çalışdılar. Onlardan kimlərsə daha böyük müvəffəqiyətlə çalışa bildi, kimlərsə daha az, amma əsas odur ki, jurnalistlər əmin oldular ki, İnteqral şirkəti və ona məxsus Maxi.az şəbəkəsi öz işlərində ən böyük diqqəti müştərilərin razı qalmasına və öz işçilərinin inkişafına yönəldir.

Bütün jurnalistlər press-turdan razı qaldılar və Milli Mətbuatın 144-cü ildönümünə həsr olunmuş maraqlı, interaktiv və məlumat dolu bir hədiyyə üçün  Integral və Maxi.az-a öz minnətdarlıqlarını bildirdilər.

Bu gün Integral şirkəti – Bakı, Gəncə və Sumqayıt şəhərləri, həmçinin respublikamızın bir çox bölgələrində satış fəaliyyəti göstərən və keyfiyyətli servis xidməti ilə təmin edən, Samsung, Lenovo, ZTE, Huawei, Phillips, Kenwood, Gorenje, Delonghi, Braun, Vitek, Polaris, Maxwell, Rondell və sair kimi dünya brendlərinin məhsullarını təqdim edən ən böyük çoxbrendli şirkətdir. Integral – Azercell şirkətinin ən böyük distribütorudur.

Maxi.az Integralın uğurlu, iddialı bir layihəsidir. Bu, geniş təcrübə və yeni ideyaların birləşməsidir. Onların əksəriyyəti hələ Azərbaycanın bazarına tədbiq edilmir.

Rəsmi sayt - https://maxi.az

Facebook - fb.com/maxi.az.shop

Instagram - @maxiaz.shop

Əlaqə nömrəsi - *0900

Reklam hüququnda

Paylaş:
736

Son xəbərlər

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16
Bütün xəbərlər