Leyla Əliyeva Azərbaycan Yoqa Federasiyasının prezidenti seçilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva Azərbaycan Yoqa Federasiyasının prezidenti seçilib – FOTO

18:00 - 30 / 12 / 2017
Leyla Əliyeva Azərbaycan Yoqa Federasiyasının prezidenti seçilib – FOTO

Bu gün Azərbaycan Yoqa Federasiyasının istiqamətlər üzrə rəhbərlərinin toplantısı keçirilib.

1news.az-ın Virtualaz.org-a istinadla verdiyi xəbərə görə, görülmüş işlər üzrə hesabat dinlənilib və fikir mübadiləsi aparılıb.

Iclasda yoqanın Azərbaycanda populyarlaşmasında xidmətəri olan şəxslər, o cümlədən DTX rəhbəri Mədət Quliyev, olimpiya çempionu Elnur Məmmədli, yoqa üzrə beynəlxalq diplom sahibi, Yoqa Şiromani tituluna yiyələnmiş Elçin Quliyev və Azərbaycanda yoqanın digər təmsilçiləri iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Yoqa Federasiyasının prezidenti seçilib.

Gənclər və İdman Nazirliyi bugünkü iclas barədə məlumatlandırılıb. L.Əliyevanın federasiya prezidenti seçilməsi haqqında müvafiq hesabat nazirliyə göndərilib.

Xatırladaq ki, Leyla Əliyeva Azərbaycanda yoqanın populyarlaşdırılması ilə fəal məşğul olur və tez-tez yoqanın təbliğinə həsr edilmiş tədbirlərdə iştirak edir. O, 2017-ci il dekabrın 24-də Bakıda keçirilmiş yoqa üzrə master-klassda iştirak edib.

S.Xankişiyeva

 

Paylaş:
1002

Son xəbərlər

Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18
Bütün xəbərlər