Azərbaycanın ən güclü boksçuları məlum olub - FOTO | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın ən güclü boksçuları məlum olub - FOTO

22:05 - 31 / 01 / 2018
Azərbaycanın ən güclü boksçuları məlum olub - FOTO

Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. 

Azərbaycan Boks Federasiyasından 1news.az-a verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 39 komandanın 203 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici döyüşlərdə qalib gələn Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Hidayət Musayev (75 kq), Eldar Quliyev (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çempion tituluna sahib olublar. Gənclər millisindən böyüklərə yeni keçən Abdullayev, həmçinin yarışın ən yaxşı boksçusu seçilib.

Turnirin komanda hesabında “Qəbələ” İK birinci yeri tutub. İkinci pilləyə “Gilan” İK yiyələndiyi halda, “üçlüy”ü “Rabitə” İK qapayıb.

Çempionatda Elxan Quliyev ən yaxşı hakim, Rəhim Allahverdiyev isə ən yaxşı məşqçi adına layiq görülüb.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatı

VI günün nəticələri

49 kq: Hacıbala Fərzəliyev (“Rabitə” İK) – Araz İmaməliyev (“Gilan” İK) – 0:5

52 kq: Məsud Yusifzadə (“Rabitə” İK) – Ramazan Abdullayev (Balakən) – 5:0

56 kq: Tayfur Əliyev (MOİK) – Ümid Rüstəmov (“Rabitə” İK, DİN) – 5:0

60 kq: Sayad Lalayev (MOİK) – Cavid Çələbiyev (“Qəbələ” İK) – 1:4

64 kq: Fərid Ağamoğlanov (“Qəbələ” İK) – Elvin İsayev (“Gilan” İK) – 0:5

69 kq: Nicat Məmmədov (“Qızıl Əlcək” İK) – Elnur Süleymanov (“Gilan” İK) – 2:3

75 kq: İsmayıl Hüseynov (“Qəbələ” İK) – Hidayət Musayev (“Kür” İK) – 0:5

81 kq: Eldar Quliyev (“Gilan” İK) – Rauf Rəhimov (“Qəbələ” İK) – 4:1

91 kq: Qulaməli Aslanov (“Gömrükçü” İK) – Rahil Məmmədli (“Qəbələ” İK) – ikinci tam üstünlüklə qalib gəlib

+91 kq: Ağalar Sadıqzadə (Naxçıvan) – Məhəmməd Abdullayev (“Rabitə” İK) – 0:5

Bütün mükafatçılar

49 kq

  1. Araz İmaməliyev (“Gilan” İK)
  2. Hacıbala Fərzəliyev (“Rabitə” İK)
  3. Orxan Süleymanov (“Qızıl Əlcək” İK)
  4. Nəbi Abduləzimov (Z-1 İK)

52 kq

  1. Məsud Yusifzadə (“Rabitə” İK)
  2. Ramazan Abdullayev (Balakən)
  3. Ramazan Babayev (“Gömrükçü” İK)
  4. Qoşqar Səfərli (DİN)

56 kq

  1. Tayfur Əliyev (MOİK)
  2. Ümid Rüstəmov (“Rabitə” İK, DİN)
  3. Təbriz Şirvani (“Gilan” İK)
  4. Ramal Yusifzadə (“Qızıl Əlcək” İK)

60 kq

  1. Cavid Çələbiyev (“Qəbələ” İK)
  2. Sayad Lalayev (MOİK)
  3. İbrahim Cəfərzadə (“Qızıl Əlcək” İK)
  4. Niyaməddin Allahverdiyev (“Neftçi” İK)

64 kq

  1. Elvin İsayev (“Gilan” İK)
  2. Fərid Ağamoğlanov (“Qəbələ” İK)
  3. Bəxtiyar Qazıbəyov (“Rabitə” İK)
  4. İman Əhmədli (“Orion” İK)

69 kq

  1. Elnur Süleymanov (“Gilan” İK)
  2. Nicat Məmmədov (“Qızıl Əlcək” İK)
  3. Xəzər Əliyev (“Kür” İK)
  4. Roman Zakirov (“Qəbələ” İK)

75 kq

  1. Hidayət Musayev (“Kür” İK)
  2. İsmayıl Hüseynov (“Qəbələ” İK)
  3. Elvin Qəmbərov (MOİK)
  4. Fərid Qasımzadə (“Rabitə” İK)

81 kq

  1. Eldar Quliyev (“Gilan” İK)
  2. Rauf Rəhimov (“Qəbələ” İK)
  3. Loren Dominkan Alfonso (“Qəbələ” İK)
  4. Cəbrayıl Elekov (“Orion” İK)

91 kq

  1. Rahil Məmmədli (“Qəbələ” İK)
  2. Qulaməli Aslanov (“Gömrükçü” İK)
  3. Gülhüseyn Ağazadə (DİN)
  4. Heydər Heydərov (“Gilan” İK)

+91 kq

  1. Məhəmməd Abdullayev (“Rabitə” İK)
  2. Ağalar Sadıqzadə (Naxçıvan)
  3. Elşən Hüseynov (DİN)
  4. Asəf Aslanlı (“Qəbələ” İK)

1news.az

Paylaş:
1345

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər