Kapital Bank yeni Gəncə Kart Mərkəzi filialını istifadəyə verib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank yeni Gəncə Kart Mərkəzi filialını istifadəyə verib – FOTO

14:10 - 22 / 02 / 2018
Kapital Bank yeni Gəncə Kart Mərkəzi filialını istifadəyə verib – FOTO

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələri həyata keçirir.

Gəncə şəhəri  üzrə yeni Gəncə Kart Mərkəzi filialının açılışı da buna əyani sübutdur. Ölkənin maliyyə bazarında yenilik hesab edilən kart mərkəzləri layihəsi, fərqli lakin daha müasir və rahat bank xidmətlərini müştərilərinə təqdim edir.

Kəpəz rayonu, Heydər Əliyev prospekti 101 A ünvanında yerləşən Gəncə Kart Mərkəzi filialı müştərilərə kartların verilməsi və bir sıra bank əməliyyatlarını (hüquqi/fiziki şəxslərə hesabların açılması, əmanətlərin cəlb edilməsi, hesablaşma-kassa xidmətləri, pul vəsaitlərinin və ödəniş vasitələrinin köçürülməsi, müxtəlif növ kreditlər üzrə xidmətlərin göstərilməsi) həyata keçirəcək. Daha öncə 2017-ci ildə ilk olaraq Nərimanov Kart Mərkəzi filialı istifadəyə verilib.

Müştərilər yeni Gəncə Kart Mərkəzi filialında daha öncə Gəncə və Kəpəz filiallarında xidmət olunan sosial, əmək haqqı, pensiya və digər layihələr üzrə kartlarını əldə edə biləcəklər. Nəticədə filialların iş yükü azalacaq və müştərilər minimum vaxt sərf edərək digər əməliyyatlar həyata keçirə biləcəklər. Bununla yanaşı, yaxın gələcəkdə ölkə üzrə digər Kart Mərkəzlərinin də açılacağı planlaşdırılır.

Əlavə olaraq, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirməkdə davam edir. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir. 2018-ci ildə layihə çərçivəsində yeni  Bravo 2, Şimal  filialları açılmış,  Füzuli filialı yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
751

Son xəbərlər

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15
Bütün xəbərlər