İsveçrənin Luqano şəhəri və Azərbaycan arasında əməkdaşlığa dair razılıq əldə olunmuşdur - FOTO | 1news.az | Xəbərlər
Siyasət

İsveçrənin Luqano şəhəri və Azərbaycan arasında əməkdaşlığa dair razılıq əldə olunmuşdur - FOTO

21:43 - 25 / 09 / 2018
İsveçrənin Luqano şəhəri və Azərbaycan arasında əməkdaşlığa dair razılıq əldə olunmuşdur - FOTO

25 sentyabr tarixində AR İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova İsveçrənin Luqano şəhərinin meri Marko Borradori ilə görüşmüşdür.

Görüş zamanı səfir X.İbrahimova həmsöhbətini Azərbaycan və İsveçrə arasında mövcud olan ikitərəfli əlaqələr, iqtisadi tərəfdaşlıq sahəsində əldə olunan nailiyyətlər, o cümlədən İsveçrənin ali icra orqanı olan Federal Şuranın üzvü (rotasiya qaydasında prezident), Federal İqtisadiyyat Naziri Yohan Şnayder Ammanın Səfirliyin dəstəyi ilə təşkil olunmuş, cari ilin iyulunda Bakıya etdiyi səfərin ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə barədə məlumatlandırmışdır.

Eyni zamanda cari ilin oktyabr ayında Bakı və Cenevrə şəhərləri arasında birbaşa hava reyslərinin açılmasının iqtisadi və turizm əlaqələrinin daha da inkişafına töhfə verəcəyindən əminlik ifadə olunmuşdur.

Səfir iki ölkə arasında əlaqələrin intensivliyini və hərtərəfliyini nəzərə alaraq, Azərbaycan və İsveçrə şəhərləri arasında da birbaşa əlaqələrin qurulmasının vacibliyinə diqqət çəkmiş və bu kimi əlaqələrin ölkələr arasında ümumi tərəfdaşlığa, insanlar arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirmişdir.

Bundan başqa, iki ölkənin müvafiq qurumları arasında turizm sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanmağa hazır olduğu qeyd edilmiş və Azərbaycanın ali təhsil müəssisələri haqqında qarşı tərəfə məlumat verilmişdir.    

Luqano şəhərinin meri Marko Borradori öz növbəsində Azərbaycan və İsveçrə şəhərləri arasında təmasların yaradılması ideyasına müsbət yanaşaraq, xüsusən iki ölkənin təhsil ocaqları arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi vəd etmişdir.

Görüşdə tərəflər arasında turizm və iqtisadiyyat sahələrində də konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsi barədə razılığa gəlinmişdir.  

1news.az

Paylaş:
528

Son xəbərlər

İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42
Bütün xəbərlər