İlan sancmasından necə qorunmaq olar? | 1news.az | Xəbərlər
Cəmiyyət

İlan sancmasından necə qorunmaq olar?

17:17 - 22 / 05 / 2019
İlan sancmasından necə qorunmaq olar?

Havaların isinməsi ilə bölgələrdə ilan və əqrəb sancmasının sayı artıb. Demək olar hər gün bu barədə xəbərlər eşidirik. Təkcə may ayında cənub bölgəsində 10 nəfərə yaxın adamı ilan, 7 nəfəri isə əqrəb sancıb. Bəs  bu halla qarşılaşarkən nə etməli?

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, əksər insanlar ilansancması halı ilə əsasən kənd təsərrüfatı işləri  görərkən rastlaşırlar. Elə buna görə də, kəndlilər sahədə çalışarkən əvvəlcədən etibarlı ayaq geyimlərindən və əlcəklərdən istifadə etməlidirlər. Bu iş zamanı qismən də olsa insanın həyatını  sığortalamış olur.

Bəzi kəndlilər tarla işlərini sürünənlərin gün ərzində az müşahidə olunduğu vaxtlarda icra edirlər. Qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, yaz və yay aylarında ilan və əqrəb sancması hallarına daha çox rast gəlinir.

Hazırda da bölgələrdəki bütün xəstəxanalar yay mövsümü ilə əlaqədar olaraq lazımı miqdarda ilan və əqrəb sancmasına qarşı zərdabla təchiz olunub. Həkimlər belə halla qarşılaşan zaman insanı məhz hansı ilanın sancdığına diqqət etməyin vacibliyini də vurğulayırlar. Bu düzgün zərdab seçmək üçün çox önəmlidir.

Qeyd edək ki, bu dərman preparatları dövlət tərəfindən vətəndaşlara pulsuz verilir.

1news.az

Paylaş:
503

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər