İki adamın zəhərlənməsi və beynəlxalq münasibətlər: böyük dövlətlər yeni münaqişədə | 1news.az | Xəbərlər
Siyasət

İki adamın zəhərlənməsi və beynəlxalq münasibətlər: böyük dövlətlər yeni münaqişədə

16:24 - 19 / 03 / 2018
İki adamın zəhərlənməsi və beynəlxalq münasibətlər: böyük dövlətlər yeni münaqişədə

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkə parlamentində çıxış edərək Rusiyanı təxribat törətməkdə ittiham edib. O deyib ki, Sergey Skripal və qızının Britaniya ərazisində zəhərlənməsi təcavüzkarlığa bərabərdir.

Britaniya hökumətinin başçısını Qərbin digər böyük dövlətləri müdafiə ediblər. ABŞ və Fransa açıq surətdə Londona dəstəklərini ifadə ediblər. Hətta NATO-nun baş katibi öz hiddətini gizlətməyib. O, təşkilatın buna cavab verməsinin lazım gəldiyini ifadə edib. Qərb KİV-i də məsələni geniş şərh etməkdədir. Burada yekdilliklə Moskvanın cəzalandırılmasının tərəfdarı olduqları bildirilir. Təbii ki, kimliyindən asılı olmayaraq, insanın öldürülməsi, o cümlədən sinir-iflicedici maddə ilə zəhərlənməsi yolverilməzidr. Bununla barışmaq olmaz. Lakin böyük güclər bu kimi məsələlərdə də ayrı-seçkilik etməməlidirlər. Dinindən, irqindən, vətəndaşlığından asılı olmayaraq, hər bir insanın məhv edilməsinə qarşı eyni qətiyyətliliyi göstərməlidirlər. Bəs faktlar hansı vəziyyətdən xəbər verir? Biz məsələnin bu aspekti üzərində geniş dayanmaq istərdik.

Baş nazirin ultimatumu: xəfiyyəni kim zəhərləyib?

Deyəsən, böyük dövlətlər arasında yeni ciddi qalmaqal meydana gəlir. Bu, Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və onun qızı Yuliyanın Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsi ilə bağlıdır. Britaniya ekspertləri müəyyən ediblər ki, onlar Rusiyada hazırlanan "Noviçok" adlı sinir-iflicedici maddədən zəhərləniblər. Londonun buna reaksiyası çox kəskin olub.

Belə ki, baş nazir Tereza Mey parlamentdə çıxış edərək, Moskvanı ölkə ərazisində təxribat törətməkdə ittiham edib. Bu hərəkəti təcavüzkarlıq adlandırıb. Baş nazir Rusiya rəhbərliyinə məsələ ilə bağlı obyektiv izahat verməyə 2 gün vaxt verib. Əgər izahat olmasa, Böyük Britaniya hadisəni özünə qarşı hərbi təcavüz kimi qiymətləndirəcək və ona uyğun addımlar atacaq.

Martın 13-də Rusiyaya verilən vaxt bitib, ancaq Kreml heç bir izahat verməyib. Moskva nəinki izahat verməyib, hətta Böyük Britaniyanı "parlamentdə sirk şousu göstərməkdə" günahlandırıb.

London isə Rusiyaya qarşı sərt tədbirlər görəcəyini bəyan edib. Onların sırasında diplomatik əlaqələrə yenidən baxılması, kiberhücumların təşkili və 2018-ci ildə gözlənilən futbol üzrə dünya çempionatının boykot edilməsi də vardır. Maraqlıdır ki, hadisəyə Qərb siyasi dairələri və KİV-i də böyük reaksiya verib. ABŞ və Avropanın bir sıra nəşrləri iki adamın zəhərlənməsini az qala NATO-nun strateji maraqlarına vurulan zərbə kimi qiymətləndirir.

ABŞ Dövlət Departamentinin saytında vurğulanır ki, Amerika zəhərlənmə hadisəsində Böyük Britaniyanı tam dəstəkləyir. Məsuliyyət isə Rusiyanın üzərinə düşür. Sənəddə qeyd olunur ki, Vaşinqtonla London bu işdə koordinasiyalı hərəkət edəcəklər. Məqsəd isə rezonans doğuran hücumda günahkar olanları cəzalandırmaqdır. "Politico" nəşri Reks Tillersonun aşağıdakı fikirlərini gətirir: "Bizdə Böyük Britaniyanın apardığı təhqiqat işinə tam inam vardır. Biz Londonun hadisəyə verdiyi qiymətə də tam inanırıq. Rusiya, görünür, sinir-iflicedici maddənin istifadə edilməsinə görə məsuliyyət daşıyır".

Dövlət Departamentinin bəyanatında Rusiya kəskin ittiham edilir və ifadə edilir ki, "bu cür hücumlara heç cür haqq qazandırmaq olmaz... Ukraynadan Suriyaya qədər, indi də Böyük Britaniyada Rusiya məsuliyyətsiz qaydada sabitliyi pozan güc olaraq özünü göstərir. Günahkarlar, sifarişçilər və əmri yerinə yetirənlər üçün ciddi nəticələri olmalıdır".

Fransa da Londonla həmrəyliyini nümayiş etdirib. "Le Monde" nəşrinin yazdığına görə, prezident E.Makron T.Meylə apardığı telefon danışığında Rusiyanın təcavüzünə cavab vermək üçün ortaq hərəkət etmək qərarına gəliblər. Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzeti NATO-nun baş katibi Yens Stoltenberqin aşağıdakı sözlərinə istinad edib: "Böyük Britaniya qiymətli müttəfiqdir və bu münaqişə NATO üçün ciddi problemdir". NATO-nun başçısı deyib ki, "istənilən sinir-iflicedici maddənin tətbiqi dəhşətlidir və tamamilə qəbuledilməzdir". "The New York Times" isə vurğulayıb ki, "Ağ Evin başçısı müttəfiqin ərazisində daha bir sui-qəsdi inkar edə bilməz". Nəşr Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və NATO ölkələrinə əlavə tədbirlər görmələri üçün təzyiq etməyə çağırıb. Qərbin digər bir neçə nəşri də analoji çağırışlar ifadə ediblər.

İkili standartlar: erməni terroru və Yaxın Şərq faciələri fonunda

Moskva bütün bu proseslərə sakit reaksiya verib. Kreml, ümumiyyətlə, bu hadisəyə aidiyyətinin olduğunu etiraf etmir. Rəsmi açıqlamalarda deyilir ki, Rusiya başqa dövlətin ərazisində baş verən hadisəyə görə izahat verə bilməz. Ölkənin heç bir rəsmi orqanının həmin olaya qarışacağı yoxdur. Üstəlik, Kreml Londonun ultimatum dili ilə danışmasını qəbul etmir. Rusiya öz ünvanına söylənən dəlil-sübutsuz ittihamları rədd edir.

Bu yazı hazırlanarkən Böyük Britaniyanın "Skripal işi" ilə bağlı hələlik ölkədən 23 rus diplomatın çıxarılması barədə qərar qəbul etdiyi məlum idi. Bu haqda baş nazir Tereza Mey parlamentdəki çıxışında bəyan edib. Rusiya diplomatlarına Böyük Britaniyanı tərk etmələri üçün bir həftə vaxt verilib.

Ancaq bizi baş verən hadisələrdə maraqlandıran məqamlar bununla bağlı deyil. Fikir verin, Qərbin böyük dövlətlərinin hamısı Rusiyaya qarşı sıx birləşiblər. Hətta NATO belə hadisəni özünə qarşı atılan bir addım kimi təqdim edir. Reallıqda Sergey Skripalı kimin zəhərlədiyini bilmirik. Həqiqət odur ki, onu və qızını kəşfiyyat işlərinə görə Böyük Britaniya ərazisində zəhərləyiblər. Bu zaman ölkəyə bir güllə belə atılmayıb, yerli əhalidən zərrə qədər də zərər görəni olmayıb. Ərazisinin bir qarışı belə işğal edilməyib. Dinc insanlara (yəni yerli əhaliyə) qarşı terror törədilməyib. Kimlərsə bir zamanlar Rusiya kəşfiyyatında işləmiş və görünür, Qərbin xüsusi xidmət orqanları ilə əlaqəsi olmuş adamı və onun qızını zəhərləyib.

Təbii ki, bir insanın belə zərər görməsi humanizm prinsiplərinə tam ziddir, heç qəbul edilən deyil. Üstəlik, əgər sinir-iflicedici təsirli maddədən istifadə edilirsə, bu, daha dəhşətli situasiyadır. Ancaq dünya gərək bu kimi və ondan da dəhşətli hadisələrə eyni reaksiyanı versin. Bu, ədalətli, təbii və daha səmərəli olmazdımı? Böyük Britaniya iki insanın təhlükəli maddə ilə zəhərlənməsini dərhal BMT-yə çıxarır. Etirazımız yoxdur. Bəs onda illərdir ki, azərbaycanlılara qarşı terror törədən, zəhərləyən, dünyada görünməmiş işgəncələr verən erməniləri niyə BMT-yə vermirlər? Nəyə görə, milyondan çox insanın öz yurdundan didərgin edilməsi, yüz minlərlə günahsız dinc sakinin qətlə yetirilməsi, Bakı metrosunda partlayış nəticəsində qazdan zəhərlənib yüzlərlə insanın həlak olmasına qarşı dünyanın demokratik ölkələri birləşib, günahkarı cəzalandırmağın izinə düşmədilər?

Xocalıda uşaq, qadın və qocaları diri-diri tonqallara atanlar, canlı-canlı quyuda basdıranlar, insanların başının dərisini soyanlar, kəllə çanaqlarını əzənlər beynəlxalq tribunalardan niyə məsuliyyətə cəlb edilmirlər? Bütün bunlara görə Britaniya, yaxud ABŞ, Almaniya və ya Fransa hansı erməni qatilə qarşı sanksiya tətbiq edib? Britaniya hansı erməni diplomatı ölkədən qovub? Biz hələ Dağlıq Qarabağda cinayət törədib, sonra Ermənistanda hakimiyyətdə oturan qatilləri demirik!

Bəs Suriyada iki gündən bir sinir-iflicedici qazdan zəhərlənən dinc müsəlmanların məhkəməsini harada qurmağı planlaşdırırlar? İki adamın zəhərlənməsini özünə qarşı təcavüz aktı sayan NATO illərdir öz ərazisində terrordan əziyyət çəkən və on minlərlə dinc insanını qurban verən Türkiyəyə təcavüz edənlərə qarşı niyə əməli adım atmır? Fələstin və Arakan müsəlmanlarının faciəsinin məsuliyyətini günahkarlardan niyə soruşmurlar?

Deməli, şou göstərilir. Onlar özlərindən başqa kimsəni düşünmək istəmirlər. Miqrantları dəmir barmaqlıqlarda saxlaya bilərlər ki, bu da "humanizm, liberalizm və demokratiya" əlamətidir. Azərbaycanlıların qətl edilməsinə göz yuma bilərlər ki, onları xristian ermənilər öldürürlər. Türkiyədə terrora haqq qazandırarlar ki, bir müsəlman dövlətinin supergüc olmasının qarşısını alsınlar.

Bütün bunların fonunda 2 adamın zəhərlənməsini Qərb-Rusiya qarşıdurmasına çevirmək istəyənlər aynada necə görünürlər? Demokratmı? Əsla! Vətən müdafiəçisimi? Elə deyil! Bəlkə, humanizm carçıları? Qətiyyən! Bəs kimlərdir, onlar? Sadəcə ədalət hissini və vicdanını itirmiş dairələr! Bu keyfiyyətdə də çox çətin ki, dünyanı təcavüzdən xilas edə bilsinlər. Dünən müsəlman, bu gün Skripal, sabah isə… istənilən günahsız insan!

Newtimes.az

Paylaş:
552

Son xəbərlər

İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıbBu gün, 13:41Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25
Bütün xəbərlər