Haşoqqini buna görə öldürüblər | 1news.az | Xəbərlər
Dünya

Haşoqqini buna görə öldürüblər

16:13 - 19 / 10 / 2018
Haşoqqini buna görə öldürüblər

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda yoxa çıxan jurnalist Camal Haşoqqi Twitter üzərindən bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın əleyhinə əməliyyat keçirməyi planlaşdırırdı. Bu plan İsrail tərəfindən ifşa edilərək Məhəmməd ibn Salmana bildirilib.

Bundan sonra isə Haşoqqinın təhdid prosesi başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı bildirib.

Onun sözlərinə görə, jurnalistin yoxa çıxması ilə aparılan istintaq şahzadəni göstərirdi. Yazar qeyd edir ki, böhranın ABŞ ayağındakı izləri də onu göstərir:

“ABŞ kəşfiyyatının hesabatı ilə başlayaq. Hesabatda Haşoqqinın aradan götürülməsinə görə məsuliyyətin Məhəmməd ibn Salmanın üzərinə düşdüyü iddia edilmişdi. Bu iddia artıq qətiləşib. Hesabata görə, Haşoqqinın başına nə gəlibsə, onda Məhəmməd ibn Salmanın barmağı var. Bu hesabat ABŞ prezidenti Donald Trampa təqdim edilib. Əldə edilən məlumatlar hadisədə Məhəmməd ibn Salmanın rolunu sübut etmək üçün kifayətdir”.

Yazar qeyd edir ki, səudiyyəli jurnalistin Kanadada yaşayan dostu Ömər Əbdüləzizin sözləri də maraqlıdır. Əbdüləzizin sözlərinə görə, Haşoqqi bir müddətdir Məhəmməd ibn Salmanın adamları tərəfindən təhdid edildiyini söyləyirdi. Jurnalist təhdidlərə aid səs qeydlərini işlədiyi “Vaşinqton Post” nəşri ilə paylaşıb.

 “Təhdidləri edən isə şahzadənin mətbuat müşaviri Səudi əl-Kahtani idi. Təhdidlərin səbəbi vəliəhd şahzadəyə qarşı bir tvitter ordusu qurma planı idi. Haşoqqi və Ömər Əbdüləziz arasında da sosial şəbəkə üzərində bu barədə yazışmalar olur. Bu yazışmalar Məhəmməd ibn Salmanın əlinə keçir”, - Taha Dağlı qeyd edib.

Amma onun sözlərinə görə, Haşoqqinın tvitter üzərində hazırladığı plan barədə yazışmalar Səudi əl-Kahtani və İsrail tərəfindən ifşa edilib.

 “Burada maraqlı olan tək şey Haşoqqinın vəliəhd şahzadəni bu qədər qəzəbləndirəcək nələri bildiyi, nələri planlaşdırdığı və danışmasıdır”, - yazar yekunlaşdırıb.

Səudiyyəli jurnalistin ölümü ilə bağlı dəhşətli detal: qatillərdən biri ortadan götürüldü – VİDEO

Səudiyyəli jurnalist musiqi sədaları altında barmaqları qoparılıb və başı kəsilib

Şaqqalayıb turşuda əritdilər - Jurnalistin amansız qətli

S.Xankişiyeva

 

Paylaş:
410

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər