Şaqqalayıb turşuda əritdilər - Jurnalistin amansız qətli | 1news.az | Xəbərlər
Dünya

Şaqqalayıb turşuda əritdilər - Jurnalistin amansız qətli

12:03 - 16 / 10 / 2018
Şaqqalayıb turşuda əritdilər - Jurnalistin amansız qətli

ABŞ-ın dövlət katibi Maykl Pompeo Türkiyə və Səudiyyə Ərəbistanında rəsmi səfərdədir. O, məşhur səudi jurnalist Camal Haşoqqinin (Türkiyə və Azərbaycan mediasında "Hakaci", "Qaşıqçı", "Haşıqçı" kimi qələmə verilir, - red.) müəmmalı şəkildə yoxa çıxmasını araşdıracaq.

Səudiyyə Ərəbistanının hakimiyyətinə, daha doğrusu varis şahzadə Məhəmməd bin Salmana qarşı sərt tənqidi mövqeyi ilə seçilən jurnalist oktyabrın 2-də Səudiyyənin İstanbuldakı baş konsulluğuna daxil olandan sonra itkin düşüb.

Pompeo dünən Ər-Riyadda kral Salman bin Əbdel Əziz əl Səudla görüşərək danışıqlar aparıb.

Kral jurnalistin baş konsulluğun binasındakı dindirmə zamanı keçindiyini etiraf edib.

ABŞ-ın Milli Təhlükəsizlik Şurası xüsusi bəyanat yayaraq Türkiyədəki müstəntiqlərin araşdırmalarını və təhqiqatını tam dəstəklədiyini vurğulayıb.

Dünən bir qrup türk polis və müstəntiq Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasında araşdırmalar aparıblar. Eyni zamanda, səudi diplomatların maşınlarına baxış keçirilib, DNT nümunələri və əl izləri götürülüb.

Camal Haşoqqinin köşə yazarı olduğu The Washington Post-un yaydığı məlumata görə, jurnalist konsulluğun binasında qətlə yetiriləndən sonra onun cəsədi şaqqalanıb, çantalarla çıxarılaraq hava limanına aparılıb və orada Səudiyyə Ərəbistanına məxsus təyyarəyə yüklənib.

Tanınmış türk jurnalist Kamal Öztürk bildirib ki, Haşoqqinin qətl anlarının əks olunduğu video mövcuddur.

Bundan başqa, Səudiyyə Ərəbistanından xüsusi təyyarə ilə İstanbula 15 nəfərlik "qətl dəstəsi"nin gəlişinin videosu da var. Həmin dəstə Səudiyyə Ərəbistanının kəşfiyyatının əməkdaşlarından ibarətdir.

Dəstə Haşoqqi itkin düşməzdən 3 saat əvvəl İstanbula gəlib, qətldən dərhal sonra təyyarə ilə Ər-Riyada qayıdıb. Dəstədə Səudiyyə Ərəbistanının kəşfiyyatının polkovniki Maher Mutrebin, habelə patoloqoanatomun da olduğu bildirilir.

2017-ci ildən bəri ABŞ-da yaşayan Camal Haşoqqi türk nişanlısı ilə nikahını rəsmiləşdirmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna yollanmışdı.

The New York Times bildirir ki, Camal Haşoqqi konsulluqda qətlə yetiriləndən sonra onun cəsədi mişarla doğranaraq şaqqalanıb, sonra da kimyəvi turşuda həll olunub, polietilen paketlərə yığılaraq çantalara qoyulub və təyyarəyə aparılıb.

Səudiyyə Ərəbistanı və ABŞ arasındakı münasibətlərdə prioritet silah alverdir.

Donald Tramp ABŞ prezidenti seçiləndən sonra onun ilk rəsmi səfəri Səudiyyə Ərəbistanına olmuşdu.

"Ər-Riyadda kral Salman və Donald Tramp arasında aparılmış danışıqlarda razılaşma əldə olunub. Şərtlərə görə, səudilər sürəkli olaraq ABŞ-dan silah və hərbi texnika alırlar, bunun müqabilində də Vaşinqton onlara insan haqları və demokratiya ilə bağlı mühazirələr oxumur.

milli.az

 

 

Paylaş:
8638

Son xəbərlər

"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər27 / 04 / 2024, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib27 / 04 / 2024, 11:32
Bütün xəbərlər