Gürcüstan parlamentinin qarşısında azərbaycanlılar aksiya keçirir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan parlamentinin qarşısında azərbaycanlılar aksiya keçirir – FOTO – VİDEO

15:57 - 08 / 02 / 2019
Gürcüstan parlamentinin qarşısında azərbaycanlılar aksiya keçirir – FOTO – VİDEO

Fevralın 8-də, Tbilisidə Gürcüstan parlamentinin qarşısında azərbaycanlılar dinc aksiya keçirib.

1news.az-ın verdiyi xəbərə görə, aksiya Gürcüstanda erməni terrorçu Mixail Avaqyana heykəl qoyulması ilə əlaqədardır.

 

 

 

 

“Borçalı irəli” ictimai birliyinin sədri Məhəbbət İmanov:

“Erməni separatçı Mixail Avaqyana Gürcüstanda heykəl qoyulması ilə bağlı etiraz edirik. O, Gürcüstanda hansı xidmətlər göstərib ki, ona burada heykəl ucaldılıb? Onun heykəlinin qoyulması ilə bağlı rayonun yerli icra qurumları tərəfindən icazə verilib. Bu, səhv qərardır, buna görə də büst götürülməlidir. Burada toplaşmağımızın məqsədi bu regionda təxribatçının heykəlinin götürülməsidir”.  

“Borçalı iş adamları birliyi”ictimai birliyinin üzvü İsrafil Bayramov:

“Azərbaycan və Gürcüstanı uzun illərdir ki, dostluq münasibətləri birləşdirir. Əvvəlki hökumət bu münasibətə yüksək dəyər verirdisə, təəssüflər olsun ki, hazırki hökumət buna başqa cür yanaşır.

Deyirlər ki, xəbərimiz yox idi. Bu, mümkündür? Hesab edirik ki, yeni gürcü hökuməti ilə ermənilər arasında ticarət olub: biz sizə prezident seçkilərində səs verərik, siz də Avaqyana heykəl qoyun. Buna görə də indi hökumət susur. Digər incidiyimiz məqamda heykəlin açılışının 20 yanvarda olmasıdır. Bu, dostluğumuza vurulan zərbədir. Dostlar belə rəftar etmir”.

Xatırladaq ki, yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki dinc azərbaycanlıların qətlində birbaşa iştirak edən separatçı, terrorist Mixail Avaqyana büstün qoyulub.

Açılışda Axalkalakinin meri Yurik Unanyan, millət vəkilləri Enzel Mkoyan və Samvel Manukyan da iştirak edib. Həmçinin Ermənistanı bu tədbirdə Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan da təmsil edib.

Bununla bağlı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan XİN-də görüş keçirərək büstün açılmasına etirazını bildirib. Eyni zamanda, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə dəvət edilərək, iki ölkə arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.

Arxadan vurulan zərbə: Gürcüstan separatçıları dəstəkləyir?

XİN Gürcüstana etirazını bildirib – Avaqyana görə

Gürcüstan XİN Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçiyə büstün qoyulmasına münasibət bildirib

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
968

Son xəbərlər

FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53
Bütün xəbərlər