Arxadan vurulan zərbə: Gürcüstan separatçıları dəstəkləyir? | 1news.az | Xəbərlər
Siyasət

Arxadan vurulan zərbə: Gürcüstan separatçıları dəstəkləyir?

15:12 - 25 / 01 / 2019
Arxadan vurulan zərbə: Gürcüstan separatçıları dəstəkləyir?

Gürcüstan hökumətinin Abxaziya və Cənubi Asetiya vasitəsilə Rusiya yüklərinin tranziti üçün Ermənistana dəhliz veriməsi anormal niyyətindən ardından Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki dinc azərbaycanlıların qətlində birbaşa iştirak etmiş erməni hərbçinin büstün qoyulması məsələsi artıq bütün sərhədləri keçdi.

Burada anormal vəziyyət ondadır ki, hər şeydən öncə milli maraq anlayışı var və gürcülərin milli maraqları Azərbaycanla bağlıdır. Deyəsən Gürcüstan bunu unudur...

Belə ki, yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki dinc azərbaycanlıların qətlində birbaşa iştirak edən separatçı, terrorist Mixail Avaqyana büstün qoyulur.

Bu münasibətlə ermənilər Buqaşendə təntənəli açılış mərasimi keçirib. Açılışda Axalkalakinin meri Yurik Unanyan, millət vəkilləri Enzel Mkoyan və Samvel Manukyan da iştirak edib. Həmçinin Ermənistanı bu tədbirdə Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan da təmsil edib.

Mixail Avaqyan Buqaşendə doğulub. Orta məktəbi bitirdikdən sonra təhsilini Ermənistanın Razdan şəhərində texniki peşə məktəbində davam etdirib. Əsgərlik xidmətindən sonra Sverdlovskda Daxili İşlər Məktəbinə daxil olur, daha sonra isə Abxaziyada daxili işlər orqanlarında işləyir. Digər ermənilərlə birlikdə dinc gürcülərə divan tutmaqda məşhur olan Baqramyan adına batalyona qoşulur. Abxaziyada işlədikdən sonra M.Avaqyan Ermənistana köçür.

“Dağlıq Qarabağda müharibə başlayanda Horadiz, Xocalı və Füzulidə gedən döyüşlərdə iştirak edir. “Gürzə” ləqəbilə məşhur olur. Azərbaycan dil bilgisi ona kəşfiyyatda kömək olur”, - erməni mənbələrdə qeyd olunur.

Avaqyan Azərbaycanın Xocalı şəhərində minlərlə dinc sakinə qarşı törədilmiş soyrırımında iştirak edənlərdən biri olub. Horadizdəki körpü uğrunda döyüşlərdə snayperdən yaralanır və xəstəxanaya aparılarakən yolda vəfat edib.

Beləliklə, bu gün Azərbaycanın dostu olan Gürcüstanda ermənilər əli günahsız qadınların, qocaların və uşaqların qanına bulaşmış qatilə heykəl ucaldır. Bununla da ermənilər yürütdükləri siyasətin başında separatçılıq dayandığı çox aydın görünür.

Bununla əlaqədar olaraq Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki dinc azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı səfiri tərəfindən dərhal Gürcüstan XİN-ə etiraz bildirilib.

Məlumdur ki, Azərbaycanla Gürcüstan arasında strateji əməkdaşlıq qiymətsizdir.

Sirr deyil ki, məhz Azərbaycan Gürcüstan iqtisadiyyatının ən iri sərmayədarlarından biri olaraq 4 milyard dollar yatırıb. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etmək missiyasına sahib olaraq regionda iri miqyaslı layihələr həyata keçirir. Bu layihələrdə Azərbaycanla bərabər, Gürcüstan da iştirak edir.

Gürcü hökuməti öz maraqlarını erməni maraqlarına dəyişmək riski barədə ciddi düşünməlidir.  

Həmin Ermənistan ki, Gürcüstanda daha bir separatçı törəmə yaratmağı düşünən separatçı rejimi dəstəkləmək mövqeyini dəyişməyi düşünmür. Tbilisi unutmasın ki, “böyük Ermənistan” adlı məkrli plan yalnız tarixi Azərbaycan və türk torpaqları ilə kifayətlənmir, oraya eləcə də gürcü əraziləri idə daxildir. Bununla bağlı XX əsrin əvvəlində dahi gürcü şairi İlya Çavçavadze “Erməni limlər və bağıran daşlar” adlı tarixi hekayəsində xəbərdarlıq edir.

Gürcü hökuməti anlamalıdır ki, bu proses geridönüşsüz xarakter ala bilər və Gürcüstan strateji tərəfdaşı Azərbaycanı itirə bilər.

Bunun mümkün fəsadları ilə bağlı azərbaycanlı politoloqlar da xəbərdarlıq edir.

Politoloq Rasim Musabəyov Facebook səhifəsində gürcü hökumətinin və hakim partiyanın mövqeyindən çaqınlıq yarandığını vurğulayıb:

“Axı Gürcüstan özü Abxaziya və Cənubi Asetiyada separatizmdən əziyyət çəkir. Axalkalakidə dəfələrlərlə ermənilərin separatizm təzahürləri özünü göstərib. Gürcüstan hökuməti prinsipial və davamlı olaraq Dağlıq Qarabağda separatizmi pisləyib. Və bununla bağlı rəsmi Bakıdan Abxaziya və Cənubi Asetiyada ilə bağlı dəstək münasibətini görüb. Axalkalakidə təxribatçı aksiya Azərbaycan-Gürcüstan münasibətlərində soyuqluq yarada bilər. Həmçinin Axalkalakidəki ermənilərin Tbilisi-Bakı strateji tərəfdaşlığına zərbə vurmaq üçün digər təxribatlara əl ata bilərlər”.

Dinc azərbaycanlıları qətlə yetirmiş erməni cəllada Gürcüstanda büst qoyulması ilə bağlı politoloq İlqar Vəlizadə1news.az-a öz fikirlərini bildirib:

“Heykəlin açılışı ilə bağlı icazəni yerli hökumət orqanları verir. Hazırki büstün açılışı üçün Gürcüstanın yerli icra orqanları icazə verib və onlar da məsuliyyət daşımalıdır. Azərbaycanlıları qətlə yetirən bir şəxsə büst qoyulması ya yerli icra orqanlarının biganəliyidir, ya da bu, Azərbaycan-Gürcüstan münasibətinə zərbə vurmağa çalışan ermənilərin növbəti təxribatıdır”.

Politoloqun fikrincə, istənilən halda bu məsələ gürcü hökumətinin diqqət mərkəzində olmalı idi:

“Axı biz Azərbaycanda gürcülərə zor tətbiq etmiş bir şəxsin heykəlini qoymuruq. Azərbaycanın hansısa rayonunda gürcü xalqına zor tətbiq etmiş bir şəxsə heykəl qoyulsaydı Gürcüstan buna necə reaksiya verərdi?”

İ.Vəlizadə rəsmi Bakının heykəlin sökülməsilə bağlı reaksiyasını haqlı hesab edir:

“Bu Azərbaycan və gürcü xalqlarını qarşı-qarşıya qoyur. Heykəl nə qədər tez bir zamanda sökülərsə, bu xoşagəlməz insident də tez unudular”.

XİN Gürcüstana etirazını bildirib – Avaqyana görə

Gürcüstan XİN Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçiyə büstün qoyulmasına münasibət bildirib

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
1741

Son xəbərlər

Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57
Bütün xəbərlər