Güləşçilərimiz beynəlxalq turnirdən 5 medalla qayıdırlar | 1news.az | Xəbərlər
İdman

Güləşçilərimiz beynəlxalq turnirdən 5 medalla qayıdırlar

11:19 - 23 / 07 / 2018
Güləşçilərimiz beynəlxalq turnirdən 5 medalla qayıdırlar

20-22 iyul 2018-ci il tarixdə Türkiyənin İstanbul şəhərində Vehbi Emrenin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yığmamızın üzvləri turniri 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. 

Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Taleh Məmmədov (63 kq) turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə uduzan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Sakit Quliyev (60 kq), Kamran Məmmədov (67 kq) və Elvin Mürsəliyev (82 kq) qazandırıb. 

Bu nəticə ilə yığmamız komanda hesabında Türkiyə və Belarusdan sonra üçüncü yerdə qərarlaşıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib. 

60 kq 
Bürünc medal görüşü - Gyanender Gyanender (IND) - Sakit Quliyev 1:7
Təsəlliverici görüş - Həsən Məmmədli- Şimizu Hayanobu (JPN) 1:11
1/2 final - Victor Ciobanu (MDA) - Sakit Quliyev 10:5
1/4 final - Sakit Quliyev - Eldəniz Əzizli 7:3
1/8 final - Aidos Sultangali (KAZ) - Həsən Məmmədli 4:1

63 kq
FİNAL - Taleh Məmmədov - Rahman Bilici (TUR) 3:1
1/2 final - Taleh Məmmədov - Kaly Sulaimanov (KGZ) 5:1
1/4 final - Taleh Məmmədov - Dmitri Tsimbaliuk (UKR) 1*:1
1/8 final - Taleh Məmmədov - Murad Məmmədov 5:3

67 kq 
Bürünc medal görüşü - Amantur İsmailov (KGZ) - Kamran Məmmədov 0:5
Təsəlliverici görüş - Denys Demyankov (UKR) - Kərim Cəfərov 3:0
1/2 final - Murat Fırat (TUR) - Kamran Məmmədov 5:1
1/4 final - Kamran Məmmədov - Abyfaikhan Amzeyev (KAZ) 9:0
1/4 final - Ensar Karabacak (TUR) - Kərim Cəfərov 10:9
1/8 final - Kamran Məmmədov - Tornike Jangavadze (GEO) 10:3

72 kq 
1/8 final - İbragim Magomadov (KAZ) - Azad Əliyev 5:3

77 kq
Bürünc medal görüşü - Həsən Əliyev - Yabiku Şohei (JPN) 3:4
Təsəlliverici görüş - Həsən Əliyev - Bakuri Gogoli (GEO) 5:1
1/8 final - Fatih Cengiz (TUR) - Həsən Əliyev 4:0

82 kq
Bürünc medal görüşü - Elvin Mürsəliyev - Daniel Aleksandrov (BUL) 3:1
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Nurcan Nadirov (KAZ) 5:1
1/4 final - Loşa Gobadze (GEO) - Elvin Mürsəliyev 7:3
1/8 final - Elvin Mürsəliyev - Eltun Vəzirzadə 3:1
1/8 final - Rafiq Hüseynov - Emrah Kuş (TUR) 1:3

87 kq
FİNAL - Jan Belenyuk (UKR) - İslam Abbasov 3:1
1/2 final - İslam Abbasov - Roberti Kobliaşvili (GEO) 3:0
1/4 final - İslam Abbasov - Sumi Masato (JPN) 9:0
1/8 final - İslam Abbasov - Singh Harpreet (IND) 2:0

130 kq
1/8 final - Mykola Kuçmii (UKR) - Oyan Nəzəriani 2*:2

Babək Cahandarov

Paylaş:
388

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər