Gözdən əlil Elçin: Ailəmə yük olmaq istəmirəm – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gözdən əlil Elçin: Ailəmə yük olmaq istəmirəm – FOTO

10:51 - 06 / 12 / 2018
Gözdən əlil Elçin: Ailəmə yük olmaq istəmirəm – FOTO

Bəzən küçədə elə insanlarla qarşılaşırıq ki, onlar sadəcə sədəqə istəmək əvəzinə, öz əllərinin zəhmətilə düzəltdikləri əşyaları təqdim edərək çörəkpulu qazanmaq istəyirlər.

Bunlardan bir nümunə kimi Elçinin adını çəkmək olar. O, gözdən əlil olmasına baxmayaraq, toxumağı bacardığı üçün öz güzəranını dolandırır. Elçin keçid və küçələrdə daynaraq öz əllərinin zəhmətilə toxuduğu gülləri satır.

Facebook sosial şəbəkəsində onun fotosunu gördükdən sonra Elçinlə əlaqə saxlayaraq, onunla daha yaxından tanış olmaq qərarına gəldik.

1news.az-la söhbət edən Elçin bildirdi ki, 5 yaşı olanda onun gözləri zəif görməyə başlayıb. Qlaukoma xəstəliyindən sonra o, tamamilə görmək qabiliyyətini itirib. Bir il öncə isə gözlərində olan kəskin ağrılardan sonra həkimə müraciət edən Elçinin hər iki gözü əməliyyat olunaraq çıxarılır.

“Atam rəhmətə gedib, anamla qardaş və bacılarım rayonda yaşayır. Lakin mən Bakıya köçmək qərarına gəldim. Çünki orada iş yox idi. Burada heç olmasa əlimlə toxuduğum əşyaları sata bilirəm. Rayonda isə heç kəs almır. Ailəmə yük olmaq istəmirəm, özüm-özümü dolandırmaq istəyirəm.

Tikiş evində toxumağı öyrənmişəm, daha sonra isə Ramanda Gözdən Əlillər Mərkəzində toxumaqla bağlı biliklərimi möhkəmləndirdim. Əllərimlə toxuduğum gülləri 5 manata satıram. Kim yaxınlaşıb maraqlanırsa, ona da satıram. Bəzən bütün günü bir gül də sata bilmirəm, səhərdən axşama qədər küləyin qarşısında dayanıb donuram, sonra isə bir qəpik də qazanmadan evə qayıdıram.

Bakıda yaşamaqdan danışdıqda, kirayədə yaşayıram. Əlilliyə görə 155 manat müavinət alıram, 100 manat kirayə haqqı ödəyirəm, qalan pula isə dolanmağa çalışıram. Toxumaq bacarığım mənə çox kömək olur. Qızılgüldən başqa papaq, şərf və digər geyim əşyaları da toxumağı bacarıram. Əgər sifariş verilərsə toxuya bilərəm”.

Onun sözlərinə görə, bəzən eynəkdə dayandıqda yoldan keçənlər onun gözdən əlilliyinə inanmır, eynəksiz dayandıqda isə estetiksiz görkəminə görə xoşagəlməz şəkildə baxırlar. Lakin xeyirxah insanlar ona yaxınlaşaraq toxuduğu qızılgüllərdən alırlar.

Gəlin bu cür yüksək iradəli gəncimizi dəstəkləyək, onun böyük sevgilə toxuduğu əl işlərini alaq. Xərclədiyimiz bir neçə manat bizi kasıb etməyəcək, lakin Elçinə çox yardım edəcək.

Qeyd edək ki, hazırda o, Gənclikdəki Bravo marketin qarşısında dayanır. Həmçinin onun əlaqə nömrəsini qeyd edəcəyik, toxuma işləri istəyənlər sifariş verə bilsin: (077) 332-27-27

Yaxşlıq edin və etdiyiniz bütün əməllər mütləq artıqlaması ilə qarşınıza çıxacaq.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
2295

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər