Erkan Özoral: Azərbaycanın müstəqilliyi uğrunda 20 Yanvar şəhidlərinin açdığı yol danılmazdır | 1news.az | Xəbərlər
Siyasət

Erkan Özoral: Azərbaycanın müstəqilliyi uğrunda 20 Yanvar şəhidlərinin açdığı yol danılmazdır

14:12 - 20 / 01 / 2018
Erkan Özoral: Azərbaycanın müstəqilliyi uğrunda 20 Yanvar şəhidlərinin açdığı yol danılmazdır

Azərbaycanın müstəqilliyi uğrunda 20 Yanvar şəhidlərinin açdığı yol danılmazdır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə 20 Yanvar faciəsinin qurbanlarını yad etmək üçün Şəhidlər xiyabanına gələn Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 28 il əvvəl tarixin ən qanlı hadisələrindən biri yaşanıb. 20 Yanvar tarixə qara gün olaraq yazılıb və həmən gün qərənfillərin ağladığı bir gündür. Bu ağrını illər keçsədə ürəklərdə hiss edirik.

 “Biz 20 Yanvar faciəsi zamanı qardaşlarımızı itirdik, onlar vətənləri, inandıqları doğru yol uğrunda canlarını fəda etdilər. Eyni zamanda Azərbaycanın müstəqilliyinə yol açdılar. Yanvarın 20-də Azərbaycanda xalqın iradəsini, xalqın istəyini susdurmağa, bu istək və iradənin qarşısını almağa çalışanlar elə xalqın birliyi altında da əzildilər. Yanvarın 20-də insanlığa qarşı ağır cinayət işlənib. Bizə düşən şəhidlərimizin xatirəsini hər zaman yad etmək, keçmişdən dərs alaraq bir daha bu cür hadisələrin yaşanmaması üçün əlimizdən gələni etməkdir. Yəni düşmənlərimiz qarşısında hər zaman güclü olmalı, onların məkirli addımlarını dəf etməliyik”, - deyə səfir vurğulayıb.

E.Özoral qeyd edib ki, insanlıq, düzgünlük, ədalət, haqq və vətən sevgisi heç zaman qarşısına sədd çəkilməyəcək çox güclü bir hissdir. Türk millətinin tarixində bir daha belə günlərin yaşanmaması üçün tariximizi bizdən sonrakı nəsillərə ən doğru və geniş formada çatdırmaq lazımdır.

S.Xankişiyeva

 

Paylaş:
554

Son xəbərlər

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16
Bütün xəbərlər