Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib | 1news.az | Xəbərlər
İdman

Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib

15:15 - 08 / 12 / 2018
Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib

Futbol üzrə milli komanda ilə yanaşı, “Qarabağ” klubunun nəticələri də bizim üçün vacibdir.

Lakin təcrübə göstərdi ki, baş məşqçi üçün iki yerdə çalışmaq çox çətindir. Qurban Qurbanovla bağlı qərar qəbul olundu ki, işini bir yerdə davam etdirsin. Buna görə də milli komandanı çalışdırmasına dair onunla imzalanan müqaviləyə xitam verildi. AFFA İcraiyyə Komitəsi Qurban Qurbanova minnətdarlığını bildirdi. Təəssüf ki, Azərbaycan yığma komandasının UEFA Millətlər Liqasında çıxışı uğurlu olmadı.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 8-də AFFA-nın baş katibi Elxan Məmmədov

milli komandanın baş məşqçisi Qurban Qurbanovun istefası ilə bağlı açıqlamasında deyib.

Baş katib bildirib ki, futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri ilə də müqavilələrə xitam verilib. Gənclərdən ibarət millimizin baş məşqçisi Rəşad Sadıqov, U-18 komandanın çalışdırıcısı Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət seçməmizin baş məşqçisi Ramin Quliyev də istefaya göndəriliblər. U-19 millimizin baş məşqçisi Vüqar Məmməd vəzifəsində saxlanılıb. Bu, millimizin yaxın aylarda Avropa çempionatının elit-raundunda çıxışı ilə əlaqədardır.

İclasda klubların gəlir və xərcləri barədə də qərarların qəbul olunduğunu deyən E.Məmmədov AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin son üç aydakı fəaliyyətinin yekunlarına dair hesabatının dinlənildiyini qeyd edib.

Paylaş:
795

Sizin üçün xəbərlər

Son xəbərlər

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08
Bütün xəbərlər