Elmar Məmmədyarov Rumıniyanın baş nazirinin müavinini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Rumıniyanın baş nazirinin müavinini qəbul edib

21:18 - 15 / 03 / 2018
Elmar Məmmədyarov Rumıniyanın baş nazirinin müavinini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Rumıniyanın baş nazirinin müavini xanım Ana Birçallı qəbul edib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, xanım Ana Birçall Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Rumıniya rəhbərliyi adından və öz adından dərin hüznlə Azərbaycan xalqı və dövlətinə başsağlığı verib.

A.Birçall 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayaraq 2018-ci ilin Azərbaycan və Rumıniyanın müstəqilliklərinin 100 illiyi ilə əlamətdar olduğunu deyib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumunun mühüm beynəlxalq məsələlərin müzakirə olunduğu platforma olduğunu deyən A.Birçall forumda iştirakından məmnunluğunu ifadə edib.

Qonaq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin forumun açılışında çıxışını, Azərbaycanın inkişafı naminə dövlət başçısının strateji baxışını və Azərbaycanda multikultural ənənələrin inkişafı və təşviqini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərdə siyasi dialoqun inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılqılı səfərlərin təşkili, enerji, nəqliyyat, mədəniyyət və iqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunulub. İqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi baxımdan hökumətlərarası birgə komissiyanın iclasının tezliklə keçirilməsi və biznes forumun təşkilinin vacibliyi qeyd olunub.

A.Birçall bildirib ki, Rumıniya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını davamlı surətdə dəstəkləyir.

Söhbət zamanı tərəflər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi haqqında müzakirələr aparıblar.

Nazir Elmar Məmmədyarov Cənub-Qərb nəqliyyat dəhlizinin inkişafı haqqında məlumat verərək bu xüsusda Qara dəniz vasitəsilə Rumıniya ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb.

Azərbaycanın strateji mövqeyə malik olduğunu bildirən A.Berçell qeyd edib ki, Rumıniya nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirir, Qara dəniz və Xəzər dənizi arasında bərə nəqliyyatı ideyasını dəstəkləyir.

A.Berçell bildirib ki, Rumıniya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini dəstəkləyir.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
514

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər