Əli Həsənov: Azərbaycanlılar torpaqlarına dönməli, ermənilər isə onlarla birlikdə orada yaşamalıdırlar | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Azərbaycanlılar torpaqlarına dönməli, ermənilər isə onlarla birlikdə orada yaşamalıdırlar

23:26 - 15 / 03 / 2018
Əli Həsənov: Azərbaycanlılar torpaqlarına dönməli, ermənilər isə onlarla birlikdə orada yaşamalıdırlar

“Təəssüf ki, 20 ildən artıqdır, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın işğalçılıq siyasətindən və ərazi iddialarından əl çəkməməsi səbəbindən öz həllini tapa bilmir”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun "Çoxluqlar azlıqlara qarşı” panelində Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 7 bəyanat və 4 qətnamədə Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi tələbi qoyulub: "Buna baxmayaraq, Ermənistan hələ də BMT-nin bu tələblərini yerinə yetirməkdən imtina edir. Münaqişənin bilavasitə həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyinin bərpasının zəruriliyi bəyan edilib.

Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnamələrində əksini tapmış tələblərin yerinə yetirilməsinin vacib olduğunu göstərib. Avropa İttifaqı da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllinə tərəfdar olduğunu bildirib. NATO-nun müxtəlif illərdə keçirilən sammitlərində qəbul olunmuş sənədlərində Azərbaycanın ərazi bütövlüyü prinsipi öz əksini tapıb. Beynəlxalq təşkilatlar içərisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ən ədalətli, obyektiv münasibət İslam Əməkdaşlıq Təşkilatı tərəfindən göstərilib. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı birmənalı şəkildə təcavüzkar dövlət kimi tanıyan və təcavüzə son qoyulmasını tələb edən ilk beynəlxalq təşkilatdır.

BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləsələr də, beynəlxalq hüquqa zidd olduğunu qeyd etsələr də, lakin bu halı birmənalı formada pisləməkdən və beynəlxalq təsir mexanizmləri vasitəsilə işğalçı dövləti BMT-nin qətnamələrindəki tələbləri yerinə yetirməyə məcbur etməkdən çəkinirlər. Ən yaxşı halda, BMT, ATƏT və Avropa İttifaqı, o cümlədən sülhyaratma prosesinə cəlb olunmuş Minsk qrupunun həmsədrləri “iki ölkə arasında kompromis mövqelər axtarmaq” və “onların özlərinin ortaq nöqtələr tapması” yolu ilə gedərək, münaqişəni birtəhər aradan qaldırmağa çalışırlar ki, bu da "status-kvo" vəziyyətini faktiki olaraq neçə illərdir uzadır. Digər tərəfdən Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməməsi, eləcə də qrupun üzvü olan böyük dövlətlərin problemə münasibətdə yekdil mövqedən çıxış edə bilməmələri münaqişənin dondurulmuş vəziyyətdə qalmasına səbəb olur".

Prezidentin köməkçisinin sözlərinə görə, bəzi beynəlxalq təşkilatlar hesab edir ki, münaqişəni “iki tərəf” həll etməlidir, onlarsa bu işdə “əldə olunacaq razılığın pozulmazlığına” təminat verməlidirlər: "Nəzərə alınsa ki, Azərbaycan üçün münaqişənin həlli onun ərazi bütövlüyünün təmin olunması və bu ərazilər üzərində suveren dövlət hüquqlarının tanınması hesab olunur, Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi üçünsə Dağlıq Qarabağın Azərbaycandan qopardılması, o zaman bu münaqişənin həllində qarşılıqlı kompromislərin nədən ibarət olacağını hələ ki, heç bir ekspert müəyyən edə bilmir. Ermənistanın rəsmi şəxsləri dünya birliyinin bu münaqişəyə ikili standartlar prinsipindən yanaşmasını, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz öhdəliklərini və qəbul etdikləri qərarları həyata keçirmək üçün konkret addımlar atmaq iqtidarında olmadığını düşünərək, danışıqlar prosesini bilərəkdən ləngidir və mövcud status-kvo-nu davam etdirməyə çalışırlar".

Ə. Həsənov qeyd edib ki, beynəlxalq hüquq baxımından milli azlıqların öz müqəddəratlarını təyin etməsi başqa dövlətlərin ərazi bütövlüyünü pozmaq və müstəqillik almaq formasında reallaşa bilməz. Çünki müstəqil dövlətin ərazisində neçə-neçə milli azlıqlar yaşayır və onlar belə bir hüquqa malik deyil: "Xalqların öz müqəddəratını təyinetmə ideyası beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozmağı və bu prinsiplə ziddiyyət təşkil etməyi inkar edir. Digər tərəfdən, hər bir xalqa öz müqəddəratını istədiyi qədər təyin etmə hüququ verilərsə, müasir dünyada etnik separatizm qarşısıalınmaz prosesə çevrilər və əksər ölkədə saysız-hesabsız etnik münaqişələr, müharibələr baş verər. Hətta bu gün ikili standartlar siyasəti aparan polietnik dövlətlərin özləri belə dəhşətli etnik separatizm dalğasına məruz qala bilər. Bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin  yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Ermənilərin etnik separatizmə bəraət qazandırmaları üçün öz müqəddəratını təyin etmə prinsipini bəhanə etməsi BMT-nin Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış prinsiplərin - dövlətlərin suveren bərabərliyi, zor tətbiq edilməməsi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək və s.-in kobud şəkildə pozulması deməkdir.

Nəzərə alınmalıdır ki, Dağlıq Qarabağ bölgəsinin erməniləri başqa ölkələrdə yaşayan  ermənilər kimi Azərbaycanda yaşayan milli azlıqlardan biridir və onların ərazi iddiaları irəli sürməsi beynəlxalq hüquqi normalara uyğun deyil. Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə həmin ərazidə yaşamalıdırlar. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ ilə bağlı irəli sürülən iddiaların beynəlxalq hüquqa zidd olduğunu, ermənilərin artıq öz müqəddəratını təyin etdiyini və Ermənistan adlı müstəqil dövlət yaratdıqlarını bildirib. Azərbaycan prezidentinin dediyi kimi, ermənilər yaşadıqları bütün digər ölkələrdə öz müqəddəratını təyin etmək fikrinə düşsələr, dünyada hansı vəziyyətin yaranacağını və hadisələrin baş verəcəyini söyləmək çox çətindir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası dünyamızda getdikcə daha da genişlənəcək. Bu da bəşəriyyətin arzu etdiyi dinc dünya nizamı üçün son dərəcə təhlükə yaradacaq”.

1news.az

Paylaş:
539

Son xəbərlər

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12
Bütün xəbərlər