Deputat: ATƏT PA-nın qətnaməsində Azərbaycan ərazilərinin işğalı faktı bir daha vurğulandı | 1news.az | Xəbərlər
Siyasət

Deputat: ATƏT PA-nın qətnaməsində Azərbaycan ərazilərinin işğalı faktı bir daha vurğulandı

10:26 - 11 / 07 / 2019
Deputat: ATƏT PA-nın qətnaməsində Azərbaycan ərazilərinin işğalı faktı bir daha vurğulandı

ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyası “Təlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Parlament Assambleyasının Demokratiya,İnsan Hüquqları və Humanitar məsələlər komitəsində ATƏT regionunda mövcud konflikt və ziddiyyətlərin davam etdiyi bir şəraitdə insan hüquqlarının qorunması vəziyyəti və iştirakçı ölkələrə çağırışlar müzakirə edildi.

1news.az xəbər verir ki, bunu ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Tahir Mirkişili bildirib.

O deyib ki, komitənin 102 paraqrafdan ibarət olan qətnamə layihəsində ATƏT regionunda insan hüquqları ilə bağlı mövcud vəziyyətin daha da yaxşılaşdırılması üçün çağırışlar öz əksini tapıb.

“Qətnamə layihəsində Azərbaycan üçün əsas maraq kəsb edən məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların humanitar sferada pozulmuş hüquqlarının, Ermənistan-Azərbaycan sərhədyanı bölgələrdə yaşayan insanların isə təhlükəsiz yaşamaq hüquqlalarının qorunmasının və bərpa edilməsinin vacibliyinin yekun Deklarasiyada öz əksini tapması idi. Qətnamə layihəsində konflikt zonalarında və işğal edilmiş ərazilərdə insanların humanitar sferada əsas azadlıq və hüquqlarının qorunması öz əksini tapsa da, mövcud yanaşma Azərbaycanı tam qane etmirdi. Çünki bu yanaşma Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində münaqişə zonalarında yaşayan insanlarla yanaşı, münaqişə nəticəsində əraziləri tərk etmiş qaçqın və məcburi köçkünlərin humanitar hüquqlarının qorunması və bərpa edilməsini əhatə etmirdi. Azərbaycan nümayəndə heyətinin (müəllif: Bahar Muradova) qətnamə layihəsinə müvafiq təklifi artıq qeydiyyata alınmışdı və əvvəlcədən də dəyişiklik ətrafında müzakirələrən gedəcəyi gözlənilirdi. Təklifin əsas mahiyyəti münaqişə zonalarında və işğal olunmuş ərazilərdə insanların humanitar hüquqlarının qorunması ilə yanaşı, münaqişənin və ərazilərin işğal olunması nəticəsində insanların humanitar sahədə pozulmuş hüquqlarının qorunmasından ibarət idi", deyə millət vəkili əlavə edib.

Onun sözlərinə görə, dəyişikliyin əhəmiyyəti əsasən 5 istiqamətdə idi:

1. Ermənistanın işğal etidiyi Dağlıq Qarabağ və ətraf rayonlarda etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar yaşamır. Humanitar sahədə insan hüquqlarının qorunmasının universial olması Azəbaycanın əsas mövqeyidir və bu mövqe beynəlxalq normalara əsaslanır.

Dəyişiklik Azərbaycanın bütün vətəndaşlarının, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının, işğal olunmuş rayonların qaçqın və məcburi köçkün əhalisinin humanitar sahədə pozulmuş hüquqlarının qorunmasını əhatə edirdi.

2. Ermənistan-Azərbaycan münqaşəsi Dağlıq Qarabağ ətrafından başqa Azərbaycanın digər bölgələrində də insanların təhlükəsiz yaşamaq kimi humanitar hüquqlarının pozulmasına səbəb olub.

Bu mənada təklif edilən dəyişiklik onların da humanitar sahədə hüquqlarının qorunmasını, yəni işğalçı Ermənistanın siyasətinin qəbul olunmazlığını əhatə edirdi.

3. Dəyişiklikdə münaqişə zonası ilə yanaşı, “ərazilərin işğal olunması” terminin öz əksini tapması Azərbaycan ərazilərinin işğal olunması faktını bir daha vurğulayırdı.

4. Ərazilərin işğal olunması nəticəsində humanitar sahədə hüquqları pozulmuş insanların hüquqlarının qorunmas və bərpa edilməsi – onların daimi yaşadıqları ərazilərə geri dönməsi anlamına gəlir ki, bu da işğala son qoyulmasına çağırış demək idi.

5. Qətnamə layihəsində beynəlxalq hüquq normalarını pozaraq digər ölkələrin ərazilərini işğal edən, ordakı şəhələri xarabalıqlara çevirən ölkələrlə təcili surətdə işğal olunmuş ərazilərin qanuni sakinlərinin hüquqlarının bərpa olunmasına çağırış da öz əksini tapmışdı.


Komitədə müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin sayının çox olması və qətnamə layihəsinin müəllifinin də Azərbaycanın mövqeyini dəstəkləməsi dəyişikliyi əleyhinə çıxan Ermənistan nümayəndə heyətini geri çəkilməyə məcbur etdi. Və beləliklə, Azəbaycanın təklif etdiyi dəyişiklik qətnamə layihəsinə yekdilliklə qəbul edildi və ATƏT PA-nın yekun Deklarasiyasında öz əksini tapdı".

1news.az

 

 

 

Paylaş:
506

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər