Daxili Qoşunların Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili Qoşunların Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib

13:22 - 18 / 09 / 2018
Daxili Qoşunların Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib

Daxili Qoşunların Ali Hərbi Məktəbinə bu il qəbul olunan kursantların təntənəli andiçmə mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, mərasimdə Veteranlar Şurasının üzvləri, kursant valideynləri iştirak ediblər.

Tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlayıb.

Azərbaycan xalqının Milli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik  sükutla yad edilib, Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrinin müşayiəti ilə Dövlət himni ifa olunub.

Ali Hərbi Məktəbin rəisi general-mayor İ.Məmmədov çıxış edərək Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun  kursantlara andiçmə münasibətilə təbrik və tövsiyələrini çatdırıb. Daha sonra hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən kursantların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.

Bildirilib ki, Daxili Qoşunların bütün şəxsi heyəti kimi bu gün sıralarımıza daxil olan kursantlar da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirəcək, Daxili Qoşunların sıralarının möhkəmlənməsi üçün səy göstərəcək, dövlət və dövlətçiliyimizin daha da gücləndirilməsi naminə öz fədakar xidmətlərini əsirgəməyəcəklər.

Daha sonra Ali Hərbi Məktəbə yeni qəbul olmuş kursantlar hərbi and içərək, Vətənimiz Azərbaycana və onun xalqına sadiq olacaqları, dövlətimizin mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqları, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəkləri barədə söz veriblər.

Kursantlar adından çıxış edən Nail Dadaşov müqəddəs bayrağa əl basaraq and içdiklərini, zabit adına hər zaman layiq olmağa çalışacaqlarını, hərb işini vicdanla öyrənəcəklərini, hərbi ənənələri şərəflə davam və inkişaf etdirəcəklərini, üzərilərinə düşən şərəfli və məsul vəzifələri layiqincə yerinə yetirəcəklərini, onlara olan etimadı hər zaman doğruldacaqlarını ifadə edib.

Valideynlər adından çıxış edən Namiq Dadaşov isə bütün kursantları, həmçinin valideynləri təbrik edib, onları bu müqəddəs və şərəfli yolda hər bir kursanta dəstək olmağa çağırıb. Kursantlarla yanaşı, hər bir valideynin də Vətənin əsgəri kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmr və göstərişləri layiqincə yerinə yetirməyə hazır olduqlarını nəzərə çatdırıb.

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

1news.az

Paylaş:
1054

Son xəbərlər

Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33
Bütün xəbərlər