Boksçularımız beynəlxalq turnirin qalibi oldular - FOTO | 1news.az | Xəbərlər
İdman

Boksçularımız beynəlxalq turnirin qalibi oldular - FOTO

21:14 - 25 / 12 / 2017
Boksçularımız beynəlxalq turnirin qalibi oldular - FOTO

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir başa çatıb.

1news.az-ın məlumatına görə, Azərbaycan Boks Federasiyasının idman zalında baş tutan yarışda yığmamızla yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini yoxlayıblar.

Komandamız turnirdə 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb. Millimizin heyətində Maqsud Xasmətov (49 kq), Əflatun Babayev (52 kq) və Amid Əlizadə (56 kq) bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. Yalnız finalda uduzan Məhəmməd Yusifovla (75 kq) Zaur Musayev (81 kq) ikinci yeri tutublar. Digər boksçularımızdan Nurlan Səfərov (60 kq), Səlim Səlimov (64 kq), Cavid Qurbanov (69 kq), Elmir Süleymanov, İbrahim Məhəmmədhəbib (hər ikisi 81 kq), İsmayıl Yaqubov (91 kq) və Elgün Nəzərli (+91 kq) bürünc medalla kifayətləniblər.

Bu nəticə Azərbaycanı komanda hesabında birinci edib. Yarışda ikinci yer Özbəkistana qismət olub. Asiyalılar Abbas Ağalarov turnirində 2 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələniblər. İlk "üçlüy"ü isə Ukrayna yığması qapayıb. Onlar Bakıda 2 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar.

Qaliblərə diplom və kubok verilib.

Noyabrın 24-də 80 illik yubileyini qeyd edən Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyevə mükafatlandırma mərasiminin yekununda Özbəkistan Boks Federasiyası tərəfindən xüsusi hədiyyə təqdim olunub.

Abbas Ağalarov turniri - 2017

49 kq

1. Maqsud Xasmətov (Azərbaycan)

2. Soburbek Komolmizoyev (Özbəkistan)

3. Dmitri Dvali (Rusiya)

4. Timur Kabdeşov (Qazaxıstan)

52 kq

1. Əflatun Babayev (Azərbaycan)

2. Maqcan Bekzad (Qazaxıstan)

3. Talqat Sarmbetov (Qazaxıstan)

4. Səməndər Xolmuradov (Özbəkistan)

56 kq

1. Amid Əlizadə (Azərbaycan)

2. Muhamedali Suduk (Qazaxıstan)

3. Maksim Xaliniçev (Ukrayna)

4. Gia Totiudze (Gürcüstan)

60 kq

1. Xalbek Utesenov (Özbəkistan)

2. Ankit (Hindistan)

3. Vadim Klyim (Ukrayna)

4. Nurlan Səfərov (Azərbaycan)

64 kq

1. Cahangir Rəhmanov (Özbəkistan)

2. Maksim Molodan (Ukrayna)

3. Səlim Səlimov (Azərbaycan)

4. Vasili Zaytsev (Rusiya)

69 kq

1. Azad Asanov (Qazaxıstan)

2. Cambulat Bijamov (Rusiya)

3. Cavid Qurbanov (Azərbaycan)

4. Rüstəm Baynazarov (Qazaxıstan)

75 kq

1. Yevgeni Yenaki (Ukrayna)

2. Məhəmməd Yusifov (Azərbaycan)

3. Navo Tamazov (Özbəkistan)

4. Laşa Kurtanidze (Gürcüstan)

81 kq

1. Vitali Stalçenko (Ukrayna)

2. Zaur Musayev (Azərbaycan)

3. Elmir Süleymanov (Azərbaycan)

4. İbrahim Məhəmmədhəbib (Azərbaycan)

91 kq

1. Vadim Sçablikin (Rusiya)

2. Cavahir Taqaymuradov (Özbəkistan)

3. İsmayıl Yaqubov (Azərbaycan)

4. Əhmədcan Arnur (Qazaxıstan)

+91 kq

1. Kirill Basayev (Rusiya)

2. İlyas Musayev (Qazaxıstan)

3. Timur Atabəyov (Özbəkistan)

4. Elgün Nəzərli (Azərbaycan)

1news.az

Paylaş:
774

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər