1news.az

Boksçu hakimi nokdauna göndərdi - VİDEO

15 Yanvar saat 17:11 ~ 1 dəqiqəlik oxu 484
Boksçu hakimi nokdauna göndərdi - VİDEO

WBC versiyası üzrə ikinci orta çəkidə (76,2 kiloqrama qədər) isveçli dünya çempionu Badu Cek Beynəlxalq Boks Federasiyası (IBF) kəmərinin sahibi, Böyük Britaniyadan olan Ceyms Diqeylomla döyüşdə təsadüfən hakimə zərbə vurub.

1news.az modern.az-a istinadən xəbər verir ki, görüş yanvarın 15-nə keçən gecə Nyu-Yorkda keçirilib və heç-heçə başa çatıb.

Referi Artur Merkante boksçuları ayırmağa çalışanda, Cek sol əli ilə yandan zərbə vurmağa cəhd göstərib, lakin zərbə hakimə dəyib.

Nəticədə, isveçli yıxılmaq üzrə olan hakimi saxlayaraq, sonradan üzr istəyib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Müxtəlif BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net