1news.az

Binəli Yıldırım ABŞ-a səfər edəcək

5 Noyabr saat 16:28 ~ 1 dəqiqəlik oxu 143
Binəli Yıldırım ABŞ-a səfər edəcək

Türkiyənin Baş naziri Binəli Yıldırım noyabrın 7-də ABŞ-a səfər edəcək.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, noyabrın 10-dək davam edəcək səfər çərçivəsində Binəli Yıldırım ABŞ-ın vitse-prezidenti Maykl Pens ilə görüşəcək. Görüşdə terrorizmə qarşı mübarizə, qarşılıqlı siyasi, iqtisadi, hərbi əlaqələr, miqrant böhranı, iki ölkə arasındakı viza probleminin həll edilməsi məsələləri müzakirə olunacaq.

Türkiyənin Baş naziri, həmçinin Vaşinqtonda və Nyu-Yorkda türkdilli xalqların, eləcə də müsəlman və yəhudi icmalarının təmsilçiləri, media qurumları, sərmayəçilər və iş adamları ilə də bir sıra görüşlər keçirəcək.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Türkiyə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net