BANM Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

12:07 - 19 / 04 / 2018
BANM Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov iki ali təhsil müəssisəsi arasında əməkdaşlığı genişləndirmək məqsədilə Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin (PMTU)  rektoru, iqtisad elmləri namizədi, professor Vladimir Onişenko və universitetin Elmi-pedaqoji, sosial işlər və beynəlxalq əməkdaşlıq üzrə prorektoru Svetlana Sivitskaya ilə görüşüb.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüş zamanı rektor Elmar Qasımov Ali Məktəbin fəaliyyəti, inkişafı və ən son uğurları haqqında məlumat verərək, BANM-ın Ukraynanın ən aparıcı universitetlərindən biri ilə əməkdaşlığından məmnun olduğunu bildirib.  Görüşdə keçən il BANM və PMTU arasında imzalanmış əməkdaşlıq haqqında  ikitərəfli Anlaşma Memorandomunun reallaşdırılması ilə bağlı görülən işlər və müxtəlif sahələr üzrə yüksək ixtisaslı mühəndis mütəxəssislərin hazırlanması ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, tərəflər arasında Anlaşma Memorandumu magistratura və bakalavr proqramları üzrə təhsil və metodik materialların mübadiləsi, hər iki universitetin müəllim və tələbələrinin iştirakı ilə konfranslar və seminarların təşkil edilməsi, birgə tədqiqatlar, tələbə və müəllimlərin mübadiləsi və digər layihələri özündə birləşdirir.

Müzakirələr zamanı həmçinin, gələcək mühəndislər üçün təlim proqramlarının keyfiyyətinin yaxşılaşdırılması və ən müasir mühəndislik problemlərini həll edəcək yeni nəsil texniki mütəxəssislərin hazırlanması, habelə Azərbaycan və Ukrayna universitetlərinin müəllimlərinin peşəkar səviyyəsinin artırılması və elmi potensialının gücləndirilməsi üçün bu və digər addımların həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Görüşün sonunda tərəflər arasında müzakirə olunan məsələlər üzrə fəaliyyət planı və atılacaq addımlar barədə razılıq əldə edilib. Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru Vladimir Onişenko  BANM-ın rəhbərliyinə göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkür edib.

S.Xankişiyeva

 

Paylaş:
336

Son xəbərlər

XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03
Bütün xəbərlər