Bakıda "Nazarbayev Universiteti"nin təqdimatı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda "Nazarbayev Universiteti"nin təqdimatı olub - FOTO

10:21 - 13 / 02 / 2019
Bakıda "Nazarbayev Universiteti"nin təqdimatı olub - FOTO

Qazaxıstanın Azərbaycandakı səfirliyində ölkəmizdə akkreditə olunmuş "Səfirlərin və beynəlxalq təşkilatların rəhbərlərinin xanımlarının beynəlxalq klubu” üzvlərinin görüşü keçirilib.

1news.az-a səfirlikdən verilən məlumata görə, "Nazarbayev Universiteti” müstəqil təhsil təşkilatı ilə birlikdə keçirilən  tədbir Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə elan edilmiş Gənclər ilinə həsr olunub.

Tədbirdə əsas məqsəd beynəlxalq klubun üzvlərinin Qazaxıstanın təhsil sistemi, təhsil müəssisələrinin dünya təhsil məkanına inteqrasiya prosesləri, eləcə də qazaxıstanlı və əcnəbi gənclərin ölkədə təhsil almaq imkanları və şərtləri ilə tanışlıq olub. 

Təqdimat 2010-cu ildə təsis edilmiş və bu gün təkcə Qazaxıstanda deyil, eyni zamanda Orta Asiya ölkələri arasında ali təhsil flaqmanına çevrilmiş "Nazarbayev Universiteti" nümunəsində baş verib.

Tədbiri açan Qazaxıstanın Azərbaycandakı səfirinin həyat yoldaşı A.İqensartova iştirakçıları universitetin görünüşü, əsas missiyası və strateji məqsədləri ilə tanış edib. O, dünyanın aparıcı ali təhsil müəssisələri ilə birgə akademik və tədqiqat proqramlarının hazırlandığını vurğulayıb.

Qeyd edilib ki, Universitetdə Qazaxıstandan və dünyanın 18-dən çox ölkəsindən ardıcıl olaraq  5000 nəfər tələbə təhsil alır, tədris yalnız ingilis dilində aparılır, müəllim heyətinə isə 55 ölkədən mütəxəssislər daxildir. Bu, Qazaxıstanın akademik mühitində ən yaxşı, peşəkar dünya təcrübələrini tətbiq edən universitetdir.

Bundan başqa, universitetin xarici tələbələr də daxil olmaqla tələbə kontingentinin sayının artırılmasından danışan səfir xanımı, diqqəti xarici tələbələr üçün təhsil qrantlarının mövcudluğuna, güzəştlərə, təqaüdlərə çəkib.

Görüş çərçivəsində həmçinin,  Qazaxıstan və "Nazarbayev Universiteti"  barədə videomateriallar nümayiş etdirilib, daha sonra təşkilatçılar qonaqları maraqlandıran sualları cavablandırıblar.

Klub üzvləri və digər iştirakçılar Qazaxıstanın təhsil sistemini müsbət qiymətləndirərək, təşkilatçılara “Nazarbayev Universiteti”nin ətraflı təqdimatı üçün təşəkkür ediblər, xarici tələbələr üçün təklif olunan cəlbedici şərtlərə maraqlarını ifadə ediblər.

P.Sultanova

 

 

Paylaş:
915

Son xəbərlər

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər