Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığı genişləndirir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığı genişləndirir

10:43 - 23 / 01 / 2018
Bakı Ali Neft Məktəbi  IADC ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının  (IADC) nümayəndə heyətilə görüşüb.

1news.az-a BANM-dan verilən məlumata görə, IADC-nin Əməliyyat təhlükəsizliyi üzrə İdarəedici vitse-prezidenti Mark Denkovski, Yaxın Şərq və Afrika regionu üzrə təmsilçi Hişam Zebian, Assosiasiyanın Xəzər hövzəsi üzrə Komitəsinin sədri, eyni zamanda SOCAR AQŞ-də quyu meneceri Qraham Klark və SOCAR AQŞ-nin layihə meneceri Şəbnəm Məmmədova və BANM-ın rəhbərliyi öncə müəssisələr arasında yaranmış münasibətlər və davamlı əməkdaşlığın müəyyən istiqamətləri haqqında danışıqlar aparıblar.

Ali Məktəbin rektoru Elmar Qasımov IADC-nin nümayəndələrinə BANM-ın fəaliyyəti və onun məqsədi haqqında geniş məlumat verərək, bu əməkdaşlığın Ali Məktəbin  kadr hazırlığında öz müsbət təsirini göstərə biləcəyinə əmin olduğunu bildirib. Rektor və nümayəndələr arasında BANM-ın tələbələrinin IADC-nin Azərbaycanda yaradılan yeni bölməsinin fəaliyyətindən hansı istiqamətlərdə yararlana biləcəkləri haqqında müzakirələr aparılıb.

Daha sonra qonaqlar BANM-ın tələbələrilə görüşüb. İdarəedici vitse-prezident Mark Denkovski tələbələrə IADC və onun fəaliyyətilə bağlı geniş təqdimat edib. Təqdimat zamanı cənab Denkovski şirkətin öz məqsəd və missiyasına çatmaq üçün məqsədlərindən, 2017-ci ildə üzvlük statistikasından, IADC-nin strategiyası və mövcud layihələri, neft-qaz sahəsinə olan gələcək tələbatdan, IADC akkreditasiyalarından, standartlaşdırma və sistemlərdən və təlim proqramlarından ətraflı məlumat verib. Vitse-prezident tələbələrə təşkilata üzv  olmaqla və aktiv iştirak etməklə neft və qaz qazma sahəsində öz şəxsi inkişaf və təcrübələrini əhəmiyyətli dərəcədə artıra biləcəklərini söyləyib.

Qeyd edək ki, 1940- cı ildən bəri fəaliyyət göstərən və baş ofisi Amerikanın Hyuston şəhərində yerləşən IADC qeyri-kommersiya təşkilatıdır və o neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni öz ətrafında birləşdirir.

1news.az

  

 

 

Paylaş:
576

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər