Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

17:05 - 18 / 06 / 2019
Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

Məqsədi abunəçiləri üçün həyatı asanlaşdırmaq və rəqəmsallaşdırmaq olan  Azercell şirkəti ölkənin telekommunikasiya sektorunda 49% payla lider mobil operator mövqeyində qərarlaşıb.

Azercell ölkədə telekommunikasiyanın inkişafına ötən il 59,5 milyon ABŞ dolları, fəaliyyət göstərdiyi 22 il ərzində isə 1 milyard 527 milyon ABŞ dollarından artıq sərmayə yatırıb. Şirkət 2018-ci ildə insan qaynaqlarının inkişafına 880 000 ABŞ dollarına yaxın, sosial layihələrə isə 266 000 ABŞ dollarından çox vəsait xərcləyib.

İl ərzində şirkətin yeni sərmayələri nəticəsində 4G istifadəçilərinin sayı 3 dəfə artıb. 4G şəbəkəsinin coğrafi ərazi əhatə dairəsində 61.4%, əhali əhatə dairəsində isə 86.2% artım qeydə alınıb. Günlük 4G internet istifadəsində müşahidə olunan artım 49.6% təşkil edib.

 4G üzərindən sürətli mobil internetdən faydalana biləcək insanların sayının artması üçün şirkət il boyu müştərilərə yeni və əlverişli telefon kampaniyaları təqdim edib. Nəticədə Azercell müştərilərinin 60%-dən çoxu smartfon istifadəçisinə çevrilib.

Azercell-in ötən ildə ümumi mobil internet trafiki 55%, LTE mobil trafiki isə 199% artmışdır.

Hazırda regionlarda şəbəkənin genişləndirilməsi üzərində fəal iş gedir, mart ayında rayon mərkəzlərində 4G şəbəkəsi təmin edilib. Bu müddət ərzində ümumilikdə 770 4G stansiyası quraşdırılıb.

4G şəbəkəsinin genişləndirilməsi şirkətin bu gün üçün prioritet fəaliyyət istiqamətlərindən biri olaraq qalır. Bu planın 2019-cu ilin III rübündə tamamən yerinə yetirilməsi nəzərdə tutulub. 

Ölkə daxili şəbəkənin genişləndirilməsi ilə yanaşı Azercell ötən il ərzində rominq üzrə 19 yeni ölkə ilə saziş bağlayıb. Eyni zamanda lider operator abunəçilərinə 50 ölkədə fəaliyyət göstərən 80 operatorun şəbəkəsində istifadəni nəzərdə tutan xüsusi internet paketləri təqdim edib. 

Şirkət həmçinin Bakı metropolitenində mobil rabitənin keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görür. Birinci mərhələdə bu il daha yüksək sıxlıq müşahidə edilən stansiyalar 4G şəbəkəsi ilə əhatə ediləcək. Gələn il isə rabitə yalnız platformalarda deyil, tunellərdə də daha sürətli olacaq.

Bununla yanaşı gələcəyin texnologiyası olan 5G şəbəkəsinin qurulması üzrə də fəal danışıqlar gedir, texniki avadanlığın xüsusiyyətləri müəyyən edilir. Ən yaxşı modeli seçdikdən sonra, şirkət pilot layihənin həyata keçirməyə başlayacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
1217

Son xəbərlər

İlham Əliyev: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06
Bütün xəbərlər