Azərbaycan səfiri Pakistanın xarici işlər naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan səfiri Pakistanın xarici işlər naziri ilə görüşüb

11:01 - 09 / 11 / 2017
Azərbaycan səfiri Pakistanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asiflə görüşüb.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, Azərbaycan xarici işlər nazirinin salamlarını və Azərbaycana dəvətini Xavaca Məhəmməd Asifə çatdıran səfir, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu deyib.

Diplomat vurğulayıb ki, Azərbaycanın Pakistanla əlaqələrə xüsusi önəm verir. Səfir Əli Əlizadə ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, yeni layihələrin icra olunduğunu, beynəlxalq ve regional məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiyini qeyd ədərək, iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndiyini və yeni müstəviyə keçdiyini vurğulayıb. Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin 1-ci görüşünün üçtərəfli əməkdaşlığa yeni tövhə verəcəyini bildirən səfir, hər üç ölkənin strateji tərəfdaşlıq əlaqələrinə malik olduğunu vurğulayıb.

Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asif salamlarının Azərbaycan Respublikasının xarici işlər nazirinə çatdırmağı xahiş edib və Azərbaycana səfər etməyi planlaşdırdığını diqqətə çatdırıb. Azərbaycan-Pakistan əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın və Azərbaycanın daim bir birinə göstərdiyi dəstəyin önəmini qeyd edən nazir Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə Pakistanın öz məsələsi kimi baxdığını bildirib.

P.Sultanova

Paylaş:
681

Son xəbərlər

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19
Bütün xəbərlər