Azərbaycan “Dubay Ekspo 2020”də iştirak edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan “Dubay Ekspo 2020”də iştirak edəcək

13:54 - 18 / 11 / 2017
Azərbaycan “Dubay Ekspo 2020”də iştirak edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Ekspo 2020” ümumdünya sərgisi üçün əsas hazırlıqlardan biri hesab olunan 2-ci beynəlxalq iştirakçılar toplantısı (IPM – International Participants Meeting) keçirilib.

1news.az-a Fonddan verilən xəbərə görə, toplantıda iştirakçı ölkələr “Ekspo 2020” ərəfəsində görülən işlər və gələcək planlar barədə çıxış ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycanın beynəlxalq sərgilərdə iştirak təcrübəsi, o cümlədən son illərdə Milan, Antalya və Astanada keçirilən ekspo sərgilərində milli pavilyonla ugurla təmsil olunması barədə məlumat verib. İclas çərçivəsində Azərbaycan Respublikasının “Dubay Ekspo 2020”də iştirakı haqda müqavilə imzalanıb.

“Dubay Ekspo 2020”nin baş direktoru və BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim Al Həşimi planlaşdırma təqvimi üzrə əldə olunan nailiyyətlər və gələcək mərhələlər barədə danışıb.

Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes əldə olunan nəticələri yüksək qiymətləndirərək deyib: “Bizim üçün bu gün fikrimizi hazırlıq işlərinə yönəltmək və üç ildən sonra dünyanı “Dubay Ekspo 2020”də qəbul etməyə tam hazır olmaq çox vacibdir”.

Qeyd edək ki, “Zehinləri birləşdirək, gələcəyi quraq”  2020-ci ildə keçiriləcək “Dubay Ekspo”nun əsas mövzusudur. 438 hektar ərazidə yaradılacaq beynəlxalq sərgidə 180 ölkənin iştirak edəcəyi və 25 milyon ziyarətçinin gələcəyi gözlənilir. “Dubay Ekspo” 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 21-ə qədər davam edəcək.

S.Xankişiyeva

Paylaş:
800

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər