1news.az

Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 yaşı oldu: Bu müddətdə Azərbaycan nələr əldə etdi? – FOTO – VİDEO

13 May saat 14:15 ~ 12 dəqiqəlik oxu 514
Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 yaşı oldu: Bu müddətdə Azərbaycan nələr əldə etdi? – FOTO – VİDEO

Avropanın şərqində yerləşən, Azərbaycan da daxil olmaqla altı ölkə ilə Avropa İttifaqının yaxınlaşmasını nəzərdə tutan Şərq Tərəfdaşlığı proqramı may ayında 10-illini qeyd edir.

Bu illər heç da hədər keçmədi, əksinə, tərəflərin müxtəlif sahələrdə qurulan əməkdaşlığında əhəmiyyətli nəticələrə imza atdı. Aİ-na görə, 10 il ərzində təşkilat Azərbaycan iqtisadiyyatına ən böyük sərmayalar qoymuşdur və ölkənin əsas ticarət tərəfdaşı olmuşdur. Azərbaycanın ümumi ticarət dövriyyəsində Aİ-nın payına 48,6% düşür.

Həmçinin, Avropa İttifaqı, Azərbaycan neftinin ən iri istehlakçısıdır. Bu illər ərzində Azərbaycan şirkətlərinə göstərilən maliyyə dəstəyinin həcmi nə az, nə çox, düz 222 mln avro təşkil etmişdir.

Daha bir əhəmiyyətli göstərici ondan ibarətdir ki, Azərbaycan Şərq Tərəfdaşlığı proqramı ilə əhatə olunan altı üzv ölkələrin içərisində Aİ-lə həyata keçirilən tvinninq layihələrinin sayına görə lider mövqesində dayanır: bunlardan 38 artıq başa çatıb, 10-i hələ də həyata keçirilməkdədir və 1-i hazırlıq mərhələsindədir.   

Bu mexanizm analoji dövlət institutları arasında ən yaxşı təcrübə və praktikalar mübadiləsini nəzərdə tutur ki, bunun yekunu olaraq, Azərbaycan tərəfi özü üçün daha əlverişli modeli seçə bilər.  

"Hər bir yubiley keçdiyimiz yola nəzər salmaq, nailiyyətləri qiymətləndirmək, inkişafın gələcək istiqamətindən düşünərək, bir qədər irəliyə nəzər salmaq üçün çox yaxşı fürsətdir", - bu sözləri 1news.az agentliyinə müsahibə verərkən, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas dedi.

"Məyər bu dəyişikliklər yalnız Şərq Tərəfdaşlığı proqramının sayəsində baş vermişdir? Düşünmürəm. Lakin bu proqram Avropa institutlarının və Aİ-nın üzv ölkələrinin diqqətini şərqdəki yeni qonşuları ilə, o cümlədən coğrafi baxımından ən uzaqda yerləşən Azərbaycan ilə qurulan əlaqələrdə cəmləşdirməsində əhəmiyyətli dərəcədə kömək etdi", - deyərək o, davam etdi.   

"Şərq Tərəfdaşlığı proqramının, ümumiyyətlə, müvcud olmamağını təsəvvürümüzə gətirsək, fikrimcə, aramızda qat-qat az əlaqələr, birgə proqramlar, daha az dəstək ola bilərdi, və bütün bu proses daha zəif dərəcədə strukturlaşmış ola bilərdi", - səfir Kestutis Yankauskas belə deyir.

Fotoda: Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas

Polşa və İsveçin təşəbbüsü ilə hazırlanan Şərq Tərəfdaşlığı proqramıın başlanğıcı rəsmən Aİ-nın 2009-cu ilin may ayında, Çexiyanın sədrlik dövründə, Praqada keçirilən sammitində bəyan edilmişdir. Proqram altı ölkəni əhatə edir - Gürcüstanı, Azərbaycanı, Ukraynanı, Moldovanı, Belarusu və Ermənistanı.    

Əgər ilkin mərhələdə bütün üzv ölkələr üçün ümumi fəaliyyət planı nəzərdə tutulurdusa, iki il sonra belə bir qərara gəlindi ki, onların hər birisinə fərdi qaydada yanaşılsın, ona görə ki, ölkələrin inteqrasiyaya və islahatlara olan marağı bir birindən fərqlənirdi.

Səfir Kestutis Yankauskasın sözlərinə görə, Azərbaycan özünü Avropa İttifaqının etibarlı tərəfdaşı kimi təsdiq etmişdir. Fəaliyyətdə olan neft kəmərlərinə əlavə olaraq, 2020-ci ildə yeni bir nahəng layihənin - 40 mlrd dollarlıq "Cənub Qaz Dəhlizinin" - həyata keçirilməsi planlaşdırılır, hansı ki, tərəfləri həm də qaz təchizatı sahəsində tərəfdaş edəcəkdir. 

Avropa İttifaqı, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat xabına çevrilməsi niyyətini də tam dəstələyir, hansı ki, qonşu ölkələrlə qurulan əlaqələrin daha da möhkəmlənməsinə yönəlibdir. Səfir Yankauskas vurğulayır ki, məhz Şərq Tərəfdaşlığı kimi birləşdirici platformalar ölkələri qarşılıqlı faydalı layihələr üzərində birgə işləməyinə kömək edir.   

Bakı ilə Brüsselin yaxınlaşmasının əhəmiyyətli mərhələlərindən biri də 2014-cü ildə viza rejiminin asanlaşması idi. Bu gün Azərbaycan vətəndaşlarına qısamüddətli Şengen vizası almaq üçün daha az sənəd toplusu hazırlamaq lazım olur, onların baxılma prosesi də daha az müddət tələb edir, bununla belə, vizanın qiyməti də iki dəfə azaldılmışdır.

Fotoda: Aİ səfiri həmkarları ilə

Səfirin sözlərinə görə, həmçinin tərəflər ümumi hava məkanı haqqında sazişin razılaşdırılma ərəfəsindədirlər ki, bu da Azərbaycanda müxtəlif beynəlxalq aviaşirkətlərin bərabərlik əsaslar ilə işləməklərinə şərait yaradacaqdır.  

Səfir Yankauskasın sözlərinə görə, əməkdaşlığın çoxşahəli istiqamətləri və tərəflərin bu əlaqələrin dərinləşməsində maraqlı olmaqları Bakı ilə Brüsseli arasında olan əməkdaşlığın əsasını təşkil edən hüquqi sənədin yeniləşdirilməsinə həvəsləndirir. İlkin olaraq, bu sənəd Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş adlanır və o, tərəflərin 1996-cı ildə imzalanan sazişin daha müasir və hərtərəfli alternativi olmağına yönənlibdir.

Son aylar ərzində tərəflər bir neçə dəfə rəsmi qaydada bəyan etmişdilər ki, bu sənədin 90% artıq razılaşdırılıb. K.Yankauskas qeyd edir ki, hazırda sənədin qısa zamanda tam hazırlanması istiqamətində aktiv iş aparılır.  

"Bəli, hər iki tərəf danışıqları olduqca tez başa çatdırmaq niyyətindədirlər, bununla belə, biz sürət naminə sənəddən razılaşdırılmamış müddəaları poza bilmərik. Yeni sənədin məzmunluğu olduqca əhəmiyyətli bir məqamdır, çünki bu, bizim üçün gələcəyin əsasını təşkil edir", - səfir K.Yankauskas belə deyir.

Mövzuya əlavə:

Azərbaycan və Avropa İttifaqı: 25 illik əməkdaşlıq və gələcəyə baxış

Enerji və nəqliyyat sahələri ilə yanaşı, Şərq Tərəfdaşlığı proqramının mövcud olduğu son 10 ildə Azərbaycanda müxtəlif istiqamətləri əhatə edən çoxsaylı kiçikhəcmli layihələr həyata keçirilmişdir. Səfir Kestutis Yankauskas qeyd edir ki, Aİ ölkədə fəaliyyət istiqamətlərinin içində dörd daha proritetli sahə ayırır ki, bunlar da təhsil və gənclərin inkişafı, səhiyyə, regionların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi.

"Biz Avropada təhsili insan kapitalının inkişafı üçün möhkəm bir əsas hesab edirik. Yəqin, hamı bununla razılaşar ki, uşaqlarımıza verə biləcəklərimizin içində ən qiymətlisi məhz yaxşı təhsildir", - deyə, səfir əlavə etdi.   

Avropa İttifaqının ali təhsil sahəsindəki "vizit kartı" özündə müxtəlif universitetlərarası mübadilə və əməkdaşlığı cəmləşdirən Erasmus+ proqramı olmuşdur. Səfir Yankauskas deyir ki, son 10 ildə proqram Şərq Tərəfdaşlığı ölkərərindən 30 min tələbə və müəllim cəlb etmişdir. Hər il bu məqsədlərə təxminən 20 mln avro məbləğində vəsait ayrılır.

Keçən il Tbilisidə Şərq Tərəfdaşlığının Avropa məktəbi fəaliyyət göstərməyə başlamışdır, hansı ki proqramla əhatə olunan altı ölkənin doqquzuncu siniflərin məzunları üçün açıqdır. İki illik tədris kursunun yekunu olaraq, məktəb onlara Avropa tədqiqatları ixtisası üzrə beynəlxalq bakalavr diplomunu təqdim edir. Burada bir neçə Azərbaycan tələbəsi də təhsil alır, bununla belə, gələn tədris ili üçün də ərizə verənlərin içində Azərbaycan abituriyentləri var.

Fotoda: Azərbaycanda Avropa layihələrinin gənc fəalları

Azərbaycanda peşə-texniki təhsilin (PTT) bərpa edilməsi istiqamətində də böyük işlər aparılır, hansılara ki, Aİ tərəfindən 2016-2020 illər üçün 19 mln avro ayrılmışdır.

Aİ-nın məlumatına görə, Azərbaycanda PTT müəssisələrinə məktəb məzunlarının 11%-dan az hissəsi qəbul olur. Avropada isə bu göstərici 40–60% təşkil edir. "Bunun nəticəsidir ki, ölkədə peşəkar işçilərin kəskin qıtlığı müşahidə olunur", - səfir Yankauskas belə deyir.

Bir ayrıca istiqamət də var ki, bu, Milli kvalifikasiya sisteminin işlənib hazırlanmasıdır. Bu, bir tərəfdən, ixtisas və kvalifikasiyalar, digər tərəfdən isə əmək bazarının ehtiyacları arasındakı uyğunsuzluğu aradan qaldırmağa imkan yaradacaq, və həmçinin
davamlı şəkildə bilik əldə etmək üçün imkanlar açacaq (Lifelong learning).

"Bunu da anlamaq çox vacibdir ki, 5-10 ildən sonra ölkəyə hansı peşə üzrə, hansı kvalifikasiyada və nə qədər mütəxəssis lazım olacaq, həmçinin zəruri təhsil proqramları necə hazırlanmalıdır. Beləliklə, əmək bazarı tələb olunan peşə və ixtisas sahiblərilə lazımi qədər təmin ediləcəkdir", - deyə, səfir qeyd etdi.  

Mövzuya əlavə:

Gənclərin təhsili – gələcəyin təminatı: Avropa İttifaqı Azərbaycan üçün yeni imkanlar açır

Güc birlikdədir: Gənclər gələcək naminə Azərbaycanla Avropa İttifaqını birləşdirir - FOTO 

Səfirin sözlərinə görə, səhiyyə də insan kapitalının inkişafına sərmaya qoyuluşu üçün çox vacib bir sahədir. Bu istiqamətdə Azərbaycanın üç mərkəzi regionunda – Mingəçevirdə, Yevlaxda və Ağdaşda – 2017-ci ilin avqustundan icbari tibbi sığorta sisteminin tətbiqi üzrə unikal pilot layihəsi həyata keçirilir.

«Bu, Azərbaycan üçün həqiqətən də, unikal bir təcrübədir. Hər üç xəstəxana avadanlıqlarla tam təchiz olunmuşdur, hər üçündə lazımi qədər tibbi heyət çalışır, və pilot rayonlarının sakinləri heç bir ödəniş etmədən buraya müraciət edə bilərlər", - deyə, səfir vurğuladı və onu da əlavə etdi ki, əgər xəstəxanaya poliklinikadan göndəriş olmadan müraciət olunursa, o zaman həkim qəbuluna düşmək üçün xəstəyə simvolik bir məbləğə - 3AZN (€1,60) başa gəlir.

"Həkimlərin sözlərinə görə, insanlar mütəxəssisləşmiş həkimə, demək olar ki, pulsuz müraciət edə biləcəklərini xəbər tutarkan, müraciətlərin sayı üç dəfə artdı", - səfir Yankauskas belə deyir.

Bu gün ölkə vətəndaşlarının çoxu tibbi xərclərinin ödənilməsində çətinlik çəkirlər. Ələxsus, bu, regionların sakinlərinə aiddir, çünki orada gəlirlərin səviyyəsi paytaxtdakından qat-qat aşağıdır.

Səfirin sözlərinə görə, layihə dövlət tərəfindən maliyyələşir. Aİ məsləhətçi dəstəyini təmin edir: pilot rayonlarda Fransa və Litva mütəxəssisləri işləyib, tibbi sığortanın müxtəlif modellərini təqdim edirlər ki, Azərbaycan onlardan özü üçün daha münasibini seçə bilsin.  

"Layihə yüksək effektivlik nümayiş edir, və bu günkü vəzifəmiz elə bir mexanizmin işlənməsidir ki, bu model ilə bütün ölkənin əhatələnməsi mümkün olsun. Hökümətin buna böyük marağının olması hiss olunur. Əsas məsələ, onun vaxtı və nüanslarındadır", - səfir Yankauskas belə deyir.

Fotoda: Naxçıvanda Avropa Günü, 2018-ci il

Aİ-nın Azərbaycanın regional inkişafına tövhəsi kənd yerlərində kiçik və orta sahibkarlığın, ələxsus, ənənəvi istehsala əsaslanan ailə biznesinin dəstəklənməsinə yönələn layihələrlə səciyyələnir.

"Avropada kişik və orta biznes, ÜDM-un 60%-dək istehsal edərək və ölkənin iqtisadi inkişafına cavab verərək, iqtisadiyyatın əsasını təşkil edir. Son 10 ildə Şərq Tərəfdaşlığın altı ölkəsində Avropa İttifaqı 70 mindən çox kiçik müəssisəni dəstəklədi ki, bunun sayəsində 28 mindən artıq yeni iş yeri açıldı", - deyərək, səfir qeyd etdi.

O, vurğuladı ki, Azərbaycanın kənd regionlarda sakinlərin çoxu nəsildən nəsilə ötürülən ənənəvi qida məhsullarının istehsalı, milli şirniyyatların hazırlanması, xalçaçılıq və digər sənət növlərinin sirrlərini mənimsəyiblər.

"Bəzən, insanların şəxsi bizneslərinin yaratması üçün kiçik bir dəstəyə ehtiyacları var. Buna görə də biz unutmamalıyıq ki, hətta az sərmayalar belə böyük xeyir və mənfəət gətirə bilər", - səfir Yankauskas belə deyir. 

Bu cür layihələrdə Aİ-nın dəstəyi əsasən ailənin lazımi avadanlıqlarla təmin olunmasında, mühasibat sahəsində əsas bacarıqları mənimsəməsində və məhsulun satışında köməkdə özünü birüzə verir.  

Səfirin sözlərinə görə, müxtəlif ailəvi təsərrüfatların inkişafı turistlərin böyük marağına səbəb ola bilər, və bu da, öz növbəsində, regionların iqtisadi inkişafına təkan verməyə qadirdir.

"Məqsədimiz – regional inkişaf planının elə səviyyədə hazırlanmasıdır ki, bu, səyahətçilərin marağını cəlb etsin ki, yəni, onlar yoldan keçib getməsinlər, əksinə, ayaq saxlayıb, milli yeməklərdən dadsınlar, yerli şərab alsınlar, Tarix-Diyarşünaslıq muzeyi ilə tanış olsunlar, və yaxud yerli sənətkarların əl işlərini gözəl bir xatirə kimi əldə etsinlər. Bu, həm səyahətçilər üçün böyük bir maraq kəsb edəcək, həm də yerli kiçik biznesə dəstək olacaq", - deyə, səfir vurğuladı.

Avropa İttifaqı həmçinin Azərbaycanda kiçik və orta sahibkarlıq üzrə Agentliyin yaranmasına köməklik göstərmişdi. Onunla əməkdaşlıq edərək, Aİ, ölkədə kiçik və orta biznesin inkişafı üçün ən yaxşı Avropa təcrübəsini təklif edir. Agentliyin fəaliyyəti bütün ölkəni əhatə edir.

Avropa İttifaqı, Azərbaycanda inkişafa yönəlmiş bütün layihələrə hər zaman iki kateqoriyaya aid vətəndaşları cəlb etməyə çalışır – Dağlıq Qarabağ münaqişəsində daha ağır zərbələrə məruz qalmış qaçqın və məcburi köçkünləri, və qadınları, hansılar ki ölkədə hələ də istifadə olunmayan irimiqyaslı potensialını təşkil edir.

Fotoda: Azərbaycanın şimal-qərb regionlarında kiçik ailə biznesi.

Mövzuya əlavə:

Gövhər Xanhüseynovanın şirniyyat evi: hər şey öz gücünə inanmaqdan başlayır – FOTO

Aytəkin Sadıqovanın arıçılığı: ailə ənənəsinin davamı – FOTO

Yelena Ostapenko

Məqalə EU NEIGHBOURS east layihəsi çərçivəsində hazırlanmışdır. 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net