Güc birlikdədir: Gənclər gələcək naminə Azərbaycanla Avropa İttifaqını birləşdirir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Güc birlikdədir: Gənclər gələcək naminə Azərbaycanla Avropa İttifaqını birləşdirir - FOTO

11:34 - 13 / 10 / 2017
Güc birlikdədir: Gənclər gələcək naminə Azərbaycanla Avropa İttifaqını birləşdirir - FOTO

Dillər, mədəniyyət və adət-ənənələrin fərqliliyi müxtəlif ölkələrdən olan gəncləri ümimi dil taparaq dostluq etməsinə, körpülər qurmasına, Azərbaycan da daxil olmaqla bütün qonşu dövlətləri Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasına mane olmur.

“EU Bus Tour” (“Avpora Avtobus Turu”) layihəsi bu fikri bölüşərək Aİ-dən, eləcə də Azərbaycandan olan gənc avropalı səfirlər ölkəmizin regionlarına səfər edərək yerli gənclərlə tanış olublar. Təşəbbüs Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən dəstəklənib.

Layihə üçün Azərbaycanın Gürcüstanla sərhəddə olan ən ucqar bölgələri – Şəki və Zaqatala seçilib. Belə ki, bu regionlardakı gənclər arasında Avropa İttifaqı, eləcə də təhsil imkanları və gənclərin birliyi ilə bağlı məlumatlılıq zəifdir.

“Missiyamızın başlıca məqsədi yerli sakinləri Avropa İttifaqı və onun nümayəndələri ilə tanış etməkdən ibarət idi. Biz əyani olaraq Avropanın necə olduğunu göstərmək istəyirdik. Və düşünürəm ki, bunu bacardıq. Görüş zamanı çoxlu gənc və həvəs dolu üzlərlə qarşılaşdıq. Ən başlıcası da budur”, - missiyanın rəhbərlərindən biri Entoni Adams söyləyir.

Gənc avropalı səfirlər ikihəftəlik səfər çərçivəsində Zaqatalada Dövlət İqtisad Universitetinin filialında, Şəkidə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialında, eləcə də paytaxtda bir neçə məktəbdə (№60, №258, №189-190, №193) və Avropa-Azərbaycan Məktəbində (EAS) oldular.

İstər regionlarda, istərsə də paytaxtda şagird, tələbə və müəllimlərlə Avropa İttifaqı nədir, necə yaranıb, onun əsasında hansı dəyələrin dayandığı ilə bağlı interaktiv görüşlər keçirilib. Auditoriyada gənclərin çoxluğunu nəzərə alaraq əsas diqqət təhsil və birgə gənc layihələrə yönəlib.  

“Xoşagələn haldır ki, Azərbaycan gəncləri həyatda uğura nail olmağa şərait yaradan imkanlarla bağlı məlumatlar əldə etməyə böyük həvəs göstərirlər. Gənclər həqiqətən də digər ölkələrdən olan həmyaşıdlarını yaxından tanımağa can atır, ətraflarını genişləndirməyə, yeni mədəniyyətləri öyrənmək arzusundadırlar”, - Bakıdan olan gənc səfirlərdən biri, 16 yaşlı Ayşə Qədirova söyləyir.

Gənc avropalı səfirlər  – 2016-cı ilin yayında fəaliyyətə başlamış, “Gənc avropalı qonşular” onlayn-platformanın fəalları olan Avropa İttifaqı və Şərq Tərəfdaşlığını birləşdirən 28 ölkədən olan gəncləri birləşdirir.

Hazırda gənc avropalı səfirlərin sayı 100 nəfəri ötüb. Onlardan 80-ni Şərq Qonşuluğu ölkələrindən (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus), 20 nəfəri isə Aİ ölkələrini təmsil edir. Burada Azərbaycandan 15 nəfər iştirak edir.

Siyahı daim yenilənir və genişlənir. “Gənc avropalı qonşular” layihəsi şəbəkəsinin koordinatoru Entoni Adamsın sözlərinə görə, yaxın zamanlarda səfirlərin sayının 200 nəfərə çatdırılması planlaşıdırılır.

Gənc liderlərin vəzifəsi – öz ölkələrindən olan gənclərin Avropa İttifaqını, Aİ ilə əməkdaşlığın perspektiv və əhəmiyyətini anlamağa, digər ölkələrdən olan həmyaşıdları ilə yaxınlaşmağa, təhsil və inkişaf sahəsində yeni imkankları açmaqdır.

Hollandiyadan olan gənc səfir Youst Bank hesab edir ki, bütün dünyadan olan gəncləri ortaq maraqlar və istəklər birləşdirir:

“Bu fikrə Azərbaycan üzrə səfərim müddətində bir daha əmin oldum. Aramızda düşündüyümüzdən də artıq ortaq fikirlər var”.

Youst ilk dəfə deyil ki, Azərbaycana gəlib. 7 il öncə o, turist olaraq buraya gəlib. Bu zaman Bakı və əhalisi onun çox xoşuna gəlib. Buna görə də Azərbaycana gəlmək imkanı olduqda o, buna dərhal razılaşıb.

“Bu dəfə daha çox təəssüratlar əldə etdim. Budəfəki səfərdə təkcə paytaxt deyil, eləcə Bakının turistik mərkəzləri, sıravi insanların həyat şəraiti ilə yaxından tanış oldum. Bu, bir çox dərin təcrübədən də artıqdır. Sevindirici haldır ki, hazırda gənclərdə belə bir imkan var”.

Yaxınlaşma ideyasını dəfələrdə Azərbaycanda turist kimi gəlmiş, Almaniyadan olan gənc səfir Svenya Peterson da dəstəkləyir:

“Avropa yalnız Şərqi Avropa ölkələri ilə məhdudlaşmır. Onun sərhədləri Polşada bitmir. Avropa daha böyükdür. Biz bir-birimizlə sıx bağlıyıq. Xalqlarmız hər zaman tarixi və mədəni baxımdan qarşılıqlı təsir göstəriblər. Buna görə də hazırda bu cür tərəfdaşlıq hər iki ölkə üçün təbii haldır”.

Gənc səfir Boqdan Pavel qeyd edir ki, azərbaycanlı gənclərlə görüş zamanı Azərbaycanın Asiya və ya Avropanın bir hissəsi olması ilə bağlı debatlar çox maraqlandırıb:

“Bu məsələ hər zaman mübahisə doğurub. Kimlərsə Azərbaycanı Şərq, kimlərsə Qərb hesab edir. Tərəflərdən hər biri tarixi əsaslar ortaya qoyublar. Avropanın qonşularımızın gözündə hansı əhəmiyyət kəsb etməsi haqda bilmək çox maraqlıdır”.

Boqdan üçün bu məsələ hər zaman aktual olub. Belə ki, hələ 10 il əvvəl onun doğma ölkəsi Rumınya Avropa İttifaqının hüquqlarından kənarda idi. Bu gün isə Rumınya Aİ-nin tamhüquqlu üzvüdür və ümumi bazarın bütün imkanlarından istifadə edir.

Fotoda: gənc səfirlər Rövşən Bədəlov (solda), Boqdan Pavel (mərkəzdə), Svenya Peterson (sağda)

Fotoda: gənc səfir Youst Bank

Azərbaycanlı şagird və tələbələri daha çox təhsil mövzusu maraqlandırır. Gənc avropalı səfirlər Azərbaycan üçün hansı təhsil proqramlarının əlçatan olması, bununla bağlı haraya müraciət etmələri haqda fikirləri bölüşüblər.

Avropalı qonaqlardan iki nəfər – Youst və Boqdan tələbə mübadiləsilə bağlı Erasmus proqramının iştirakçıları olublar. Bu proqram Avropada çox məşhurdur. Belə ki, proqram tələbələrə 3aydan 12 ayadək Aİ-nin istənilən ölkəsində təhsil almaq və yaşamaq imkanını verir.

“Təhsillə yanaşı, müxtəlif ölkələrdən olan insanlardan təcrübə əldə edərək dünyanın müxtəlifliyini yaxşı anlamağı öyrənirsən. Gənc olarkən bu cür imkanın əldə edilməsi çox yaxşıdır. Bu, həyatda çox böyük perspektivlər açır” – Youst Bank deyir.

Mövzu ilə əlaqədar oxuyun:        

Gənclərin təhsili – gələcəyin təminatı: Avropa İttifaqı Azərbaycan üçün yeni imkanlar açır

Azərbaycan gəncləri üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən birgə layihələrlə yanaşı, həmçinin mübadilə əsasında Avropanın ali məktəblərində təhsil almaq imkanı da verilir. Bütün bunlar vahid Erasmus+ proqramı çərçivəsində birləşir.

Azərbaycanda Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov da həmçinin “Avropa Avtobus Turu” layihəsi çərçivəsində gənc səfirlərlə birlikdə regional ali məktəblərin tələbə və müəllimləri ilə görüşüb.

Avropa İttifaqının təhsil imkanları ilə bağlı maliyyələşməsi haqda yerli tələbələrin az məlumatlı olmasını o, Şəki və Zaqatalanın paytaxtdan uzaq yerləşməsi və yerli universitetlərin filiallarında beynəlxalq şöbənin olmaması ilə açıqlayıb. Pərviz Bağırovun sözlərinə görə, bu məsələdə universitet rəhbərliyi ilə tələbələrə yardım edilməsini müzakirə edib.

Gənc səfir Ayşə Qədirovanın sözlərinə görə, azərbaycanlı gənclərin az məlumatlı olmasına çox vaxt öz güclərinə inanmamaq və qorxu mane olur:

“Çoxları düşünür ki, bu, onlardan uzaq bir şeydir, onlar üçün deyil. Buna görə də özlərini sınamağa çalışmırlar”, - deyən Ayşə, həmyaşıdlarına şanslarını əldən verməməyə çağırır.

Fotoda: gənc səfir Ayşə Qədirova

Mövzu ilə əlaqədar oxuyun:        

Avropa yay məktəbi 2017: Azərbaycan gəncləri üçün ilham və stimul mənbəyi – FOTO

Azərbaycanla Aİ gənclərinin yaxınlaşması yolunda – bir-birlərilə məlumat azlığı və bir sıra stereotiplər.

Azərbaycandan olan gənc səfir Rövşən Bədəlov təəssüflə qeyd edir ki, ölkədə Avropanın ailə dəyələri ilə bağlı qərəzli münasibətlər var:

“Bəzilər heç bir əsas olmadan düşünür ki, Avropada nikahın dəyəri yoxdur. Buna görə də boşanmaların sayı çoxdur, insanlar dinə bağlı deyil və yüngül həyat tərzi yaşayırlar. Lakin bu, çox şişirdilmiş fikirdir və hər yerdə insanlar müxtəlifdir”.

Avropada qonşu ölkələrlə münasibətdə əsas problem – dəqiq məlumatın azlığıdır. Svenye Petersonun sözlərinə görə, Almanıyadakı dostlarının çoxu Azərbaycan haqqında məlumatsızdırlar.

“Sadəcə Azərbaycanın uzun müddət Sovetlər təsirində olması bilirlər. Lakin Avropada post-sovet ölkərinin müxtəlifliyi, bu dövlətlərin hər birinin ayrı-ayrılıqda maraqlı olmasını unudurlar”.

“Güc birlikdədir!” – bu şüar altında Aİ və qonşu ölkələrdən olan gənclərin birləşməsi üçün çoxsaylı təşəbbüslər həyata keçirilir. Axı indiki şagird və tələbərlər bir neçə il sonra öz ölkələrinin inkişafını təyin edəcək. Beləcə gələcək əməkdaşlıq bugünkü qarşılıqlı münasibətlərdən asılıdır.

Fotoda solda: “Gənc avropalı qonşular” şəbəkəsinin koordinatoru Entoni Adams

 

Elena Ostapenko

Tərcümə: Samirə Xankişiyeva

Məqalə EU Neighbours east layihəsi çərçivəsində yazılıb.

Fotolar Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təqdim olunub.

Paylaş:
4986

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər