Arvadın təmizkarlığı ərini cana yığdı: “Tualet çirklənəcək deyə bizi it kimi çölə çıxarır” – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Arvadın təmizkarlığı ərini cana yığdı: “Tualet çirklənəcək deyə bizi it kimi çölə çıxarır” – VİDEO

12:35 - 01 / 10 / 2018
Arvadın təmizkarlığı ərini cana yığdı: “Tualet çirklənəcək deyə bizi it kimi çölə çıxarır” – VİDEO

Türkiyənin Adana şəhərində arvadını döyən 37 yaşlı kişinin məhkəməsi başlayıb. Prokuror onun 1,5 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edir.

1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, qadın şikayət ərizəsini geri götürsə də, məhkəmə davam edir.

“Arvadım əsl təmizlik manyakıdır. Gündə 5 dəfə evi təmizləmək, tez-tez silib-süpürmək, yumaq olarmı?! Qonaq otağı üçün 30 min lirəyə mebel dəsti almışam. Kreslolarla divanların üstündə daim örtük olduğundan onların indiyədək nə rəngdə olduğunu belə, bilmirəm. Tək mən narahat olsam, dərdyarı. Oğlumla qızımın da canlarını boğaza yığıb. Stəkanları çox zəhərli, güclü vasitələrlə yuduğu üçün çay içəndən sonra hallüsinasiyalar görürük. O gün oğlum çay içəndən sonra döşəmədə gözünü axtarırdı”, - ər deyib.

Arvadını döymədiyini, amma onu boşamaq niyyətində qəti olduğunu vurğulayan ər artıq usandığını söyləyib:

 "Belə həyat olmaz. Baxın, bu nimçəni alanda üzərində çiçək rəsmləri vardı. Yumaqdan o rənglər, o naxışlar gedib. Onun sayəsində bütün ailə möcüzələr diyarındadı. Tualet çirklənəcək deyə bizi it kimi çölə çıxarır, sellofan paketlərdən istifadə edirik. Yetər artıq!”

S.Xankişiyeva

Paylaş:
1431

Son xəbərlər

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16
Bütün xəbərlər