AMEA-da akademik Həsən Abdullayevin 100 ilik yubileyi qeyd olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-da akademik Həsən Abdullayevin 100 ilik yubileyi qeyd olunub – FOTO

15:34 - 26 / 09 / 2018
AMEA-da akademik Həsən Abdullayevin 100 ilik yubileyi qeyd olunub – FOTO

Bu ilin avqust ayında Azərbaycanın görkəmli alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin anadan olmasının 100 illi tamam olub.

1news.az-ın məlumatına görə, sentyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında alimin yubiley yığıncağı keçirilib.

Öncə tədbir iştirakçıları I Fəxri Xiyabanda akademik Həsən Abdullayevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə çıxış edərək bildirib ki, akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsi ölkə başçısı cənab İlham Əliyevin Sərəncamının icrasından irəli gəlir. Natiq Həsən Abdullayevin elmi və ictimai fəaliyyətindən, onun  xalqımızın sosial-mədəni tərəqqisinə verdiyi töhfələrdən söz açıb. Qeyd edib ki, 75 illik ömrünün 50 ili Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olan, sıravi əməkdaşdan akademiyanın prezidenti vəzifəsinə qədər yüksələn Həsən Abdullayevin yorulmaz fəaliyyəti elmə sanballı yeniliklər gətirməklə yanaşı, bir sıra müasir elm və sənaye sahələrinin, yüksək texnologiyaların yaranmasına və inkişafına səbəb olub: “Həsən Abdullayevin akademiyaya rəhbərlik etdiyi dövr tarixə əsl elmi renessans, intellektual dirçəliş mərhələsi kimi daxil olub. Çoxsaylı ilklər, prioritet istiqamətlərin formalaşması, elmi istiqamətlərə uyğun yeni qurumların yaradılması, elm, təhsil və istehsalat arasında əlaqələrin gücləndirilməsi və s. onun adı ilə bağlıdır”.

Akademik Akif Əlizadə alimin yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini vurğulayıb. Onun səyi ilə 1954-1955-ci illərdə  Azərbaycan Dövlət Universitetində yarımkeçiricilər ixtisası üzrə qrupun, özünün təşəbbüsü və rəhbərliyi ilə 1956-ci ildə ilk Yarımkeçiricilər fizikası adlı kafedranın yaradıldığını, istedadlı tələbələrin Fizika İnstitutuna cəlb edildiyini deyib.

Akademik Həsən Abdullayevin 13 il akademiyaya rəhbərlik etdiyini söyləyən natiq o illərdə institutların nəzdində təcrübi konstruktor büroları və təcrübə zavodlarının yaradıldığını, elmi-tədqiqat işlərinin istehsalatla əlaqəsinin gücləndirildiyini bildirib. Qeyd edib ki, onun təşəbbüsü ilə Fiziologiya və Fəlsəfə sektorları instituta çevrilib, dövlət əhəmiyyətli işlər aparan Fotoelektronika və Kosmik tədqiqatlar institutları, Mikrobiologiya, Molekulyar biologiya sektorları, yeni regional elmi mərkəzlər, laboratoriya, kafedra və şöbələr yaradılıb.

Natiq akademik Həsən Abdullayevin yaratdığı və indi də uğurla fəaliyyət göstərən, öz yeni nailiyyətləri ilə bütün dünyada tanınan elmi məktəbin və elmi irsin xalqımızın ən qiymətli mənəvi sərvətlərindən olduğunu söyləyib.

Yubiley tədbirində AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov alimin keçdiyi böyük həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışıb. Bildirib ki, alimin elmi fəaliyyəti əsasən yarımkeçiricilər və onların praktiki tətbiqi ilə bağlı olub. Yarımkeçiricilər fizikasının inkişaf proqramının həyata keçirilməsinin, elmi istiqaməti yarımkeçiricilər fizikası olan Fizika İnstitutunun təməlinin qoyulmasının bilavasitə Həsən Abdullayevin rəhbərliyi ilə olduğunu deyib.

Nazim Məmmədov görkəmli alimin akademiyada elektrokimya, biokimya, biofizika, molekulyar biologiya, molekulyar genetika və s. fundamental elm sahələrinin yaradılması və inkişafında da böyük xidməti olduğunu bildirib. Qeyd edib ki, alim və elm təşkilatçısı, pedaqoq və ictimai xadim olan Həsən Abdullayev çoxsaylı elmi kadr hazırlamış, mindən çox elmi əsərin, o cümlədən 400 yaxın Sovet və ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hollandiya, Hindistan və digər ölkələrdə xarici patentlərin müəllifi olub.

Daha sonra, yubiley Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev, Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər Fizikası İnstitutunun direktoru Aleksandr Levçenko, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Yaponiyanın Tiba Texnologiya İnstitutunun professoru Kazuki Vakita, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun görkəmli alimlə bağlı xatirə çıxışları ilə davam edib.

Sonda akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunmuş müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

1news.az

Paylaş:
976

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər