Altı yaşlı azərbaycanlı “Rossiya 1” telekanalının tamaşaçılarını heyrətləndirib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Altı yaşlı azərbaycanlı “Rossiya 1” telekanalının tamaşaçılarını heyrətləndirib – VİDEO

12:07 - 25 / 09 / 2017
Altı yaşlı azərbaycanlı “Rossiya 1” telekanalının tamaşaçılarını heyrətləndirib – VİDEO

“Rossiya 1” telekanalında yayımlanan “İnanılmaz insanlar” layihəsi birinci mövsümdə qazandığı uğurdan sonra beynəlxalq səviyyəyə yüksəlib.

Əgər ilk mövsümdə layihə Rusiya və MDB məkanından olan iştirakçıları əhatə edibsə, bundan sonra dünyanın müxtəlif ölkələrindən hər yaş kateqoriyasından nadir bacarığa malik insanlar bu proqrama qatılacaq.

Layihənin qəhrəmanlarından biri Azərbaycanın Qusar şəhərindən olan altı yaşlı Ruslan Səfərov proqramın münsiflər heyətini və tamaşaçıları riyazi bilikləri ilə heyran qoyub. R.Səfərov özünü “kalkulyator-adam” adlandırır və gələcəkdə proqramçı olmaq istəyir. Atası Fuad Səfərov oğlunun görkəmli riyaziyyatçı olmasını istəyir.

Verilişdə R.Səfərov heç bir səhvə yol vermədən münsiflərin ona tapşırdığı bütün məsələləri həll edib.

“İnanılmaz insanlar” proqramının münsiflər heyətinə aparıcı Olqa Şelest, rəqqas Yevqeni Papunaişvili, boksçu Natalya Roqozina və professor Vasili Klyuçarev daxildir. Azərbaycanlı oğlanın istedadına heyran qalmış münsiflər heyəti ona teleskop hədiyyə edib.

Qeyd edək ki, proqramın hər buraxılışına 7 iştirakçı qatılır. Zalda əyləşən tamaşaçılar sonda səsvermə yolu ilə onları ən çox heyran etmiş bir iştirakçını qalib seçirlər. Verilişin son buraxılışında isə öncəki proqramın qalibləri əsas hədiyyə - 1 milyon rubl uğrunda mübarizə aparırlar.

 

 

 S.Xankişiyeva

Paylaş:
857

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər