Ağdaşda aztəminatlı ailələr üçün meyvə bağları salınıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda aztəminatlı ailələr üçün meyvə bağları salınıb – FOTO

14:14 - 17 / 11 / 2017
Ağdaşda aztəminatlı ailələr üçün meyvə bağları salınıb – FOTO

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə noyabrın 17-də Ağdaş rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında təşkil edilən ağacəkmə aksiyası zamanı Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ekoloji problemlərin həllinin daim diqqətdə saxlanıldığını, təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə olunduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Dövlət proqramlarında ekoloji problemlərin həlli üçün zəruri olan bütün vəzifələr elmi əsaslarla müəyyənləşdirilib.

Tədbirdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın bu istiqamətdə xidmətlərindən də danışılıb. Qeyd edilib ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə ekologiyanın qorunması ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər keçirilib, indiyədək 5 milyondan çox ağac əkilib. IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığı bərpa etmək, yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.

Sonra ağacəkmə aksiyasına start verilib. Ağdaş Dövlət Humanitar Kollecinin tələbələri və orta məktəblərin yuxarı sinif şagirdləri tərəfindən 2,1 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları Ağdaş rayonunda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.

Ağaclar əkildikdən sonra yeni meyvə bağının salındığı torpaq sahələrinin sənədləri sahiblərinə təqdim edilib. Qarabağ müharibəsində şəhid olan Rahis Qəribov və Ömər Cəbrayılovun ailə üzvləri, ikinci qrup əlil Məhərrəm Əzimov bu xeyriyyə aksiyası zamanı hər biri üçün 400 ədəd nar ağacının əkildiyi 0,70 hektar bağ sahəsinin verilməsinə görə çox sevindiklərini bildirib, onların dolanışıq şəraitinin yaxşılaşmasına kömək məqsədilə həyata keçirilən bu təşəbbüsə görə Leyla xanım Əliyevaya minnətdarlıq ediblər.

Sonra yerli musiqiçilərin ifasında şən mahnılar səsləndirilib, ağacəkmə aksiyasında iştirak edən gənclər rəqs ediblər. Aksiya iştirakçıları üçün şirniyyat süfrəsi açılıb.

IDEA İctimai Birliyinin nümayəndəsi Nigar Qarayeva AZƏRTAC-a bildirib ki, aztəminatlı ailələr üçün meyvə bağlarının salınması noyabr ayı ərzində Lənkəran, Sabirabad, Beyləqan rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında təşkil ediləcək. Layihənin ilkin mərhələsində fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla, ümumilikdə, 9 minə yaxın meyvə ağacının əkilməsi nəzərdə tutulub. Sözügedən layihə çərçivəsində artıq 6 mindən çox meyvə ağacı əkilib.

“Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək”, - deyə Nigar Qarayeva vurğulayıb.

Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa və Tovuz rayonlarında salınaraq, aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilib.

1news.az

Paylaş:
1213

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər