ABŞ Səfirliyi Amerikalı İdman Elçilərinin Azərbaycana səfərini maliyyələşdirir | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Səfirliyi Amerikalı İdman Elçilərinin Azərbaycana səfərini maliyyələşdirir

09:32 - 19 / 06 / 2019
ABŞ Səfirliyi Amerikalı İdman Elçilərinin Azərbaycana səfərini maliyyələşdirir

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi 2019-cu il iyun ayının 16-dan 24-dək Amerika Basketbol İdman elçiləri Kreyq Eşerik və Çini Nvaqbonun Azərbaycana səfərini maliyyələşdirməkdən böyük məmnunluq duyur.

Azərbaycanın ABŞ-dakı səfirliyindən 1news.az-a verilən məlumata görə, bu səfər, Azərbaycan Basketbol Federasiyası, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Bakıdan kənarda yaşayan 250 gəncin faydalanmasında böyük rol oynayan 12 regional basketbol liqasını inkişaf etdirmək üçün səfirliyin təşkil etdiyi davamlı proqramın bir hissəsidir.

2017-ci ilin avqust ayında Azərbaycanın 12 bölgəsindən 14 basketbol məşqçisi ABŞ Dövlət Departamentinin İdman Diplomatiyası Proqramı tərəfindən dəstəklənən Basketbol İdmanı Elçiləri Proqramı çərçivəsində iki həftəlik Amerikaya səfər etdilər. ABŞ-da olduqları müddət ərzində məşqçilər uşaqlara öz vaxtlarını əyləncəli keçirtməkdə köməklik göstərmək, gənclərin ekstremizmə qarşı mübarizəsi, qadınların səlahiyyətlərini gücləndirilməsi, münaqişələrin qarşısının alınması, sosial inteqrasiyanın inkişaf etdirilməsi və bu kimi cəmiyyət üzləşdiyi müxtəlif məsələlərinin həll etməsi üçün idmandan səmərəli bir vasitə olaraq istifadə edildiyi haqqında daha ətraflı məlumat əldə etmişdirlər.

Azərbaycanda olduqları müddət ərzində Amerikalı məşqçilər Bədən Tərbiyə müəllimləri üçün Gəncədə uğurlu karyeraya aparan liderlik bacarıqlarına idmanın necə kömək etməsi haqqında 40-50 dəqiqəlik seminar keçiriblər. Onlar elecə də 40-50 gənc və onların məşqçiləri üçün Göygöl Olimpik Stadionunda oyun təşkil ediblər.

Nümayəndələr həmçinin 21-23 iyun tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 110 gəncin istirakı ilə 3 günlük Gənclərin Həmrəylik Basketbol Turnirinə

qatılacaqlar. Yarışların keçiriləcəyi müddət ərzində məşqçilər gənc iştirakçılarla liderliyin vacibliyi, müxtəlifliyə hörmət haqqında söhbət edib onlara öz basketbol bacarıqlarının inkişaf etdirmələrinə dair köməklik göstərəcəklər.

Çini Nvaqbo və professor Eşerik həm öz həyatlarını, həm də karyeralarını basketbola və məşqçiliyə həsr ediblər.

Çini Nvaqbo basketbol karyerasını Merilend ştatının Lenhem bölgəsində yerləşən Duval orta məktəbində başlamış və daha sonra öz karyerasını Biologiya üzrə bakalavr təhsili aldığı Sirakuz universitetində davam etdirmişdir. Sirakuz universitetindən məzun olduqdan sonrakı 11 il ərzində xanım Çini İspaniya, Çili, Braziliya, Polşa, Portuqaliya və İsrail kimi müxtəlif ölkələrdə peşəkar basketbol ilə məşğul olmuşdur.

O, 4 dəfə “Ən Dəyərli Oyunçu” adını qazanmaqla yanaşı, 2006-cı il Dünya Çempionatında iştirak edərək valideyninin doğma ölkəsi olan Nigeriyanı təmsil etmişdir. Bu yaxınlarda xanım Nvaqbo Milli Basketbol Assosiasiyası (MBA) ilə birlikdə Çində, MBA-ın əsaslı basketbol proqramını daha yaxşı inkişaf etdirməklə məşğul olmuşdur. Bir məşqçi və təlimçi olaraq xanım Nvaqbo, yeni başlayanlardan yüksək səviyyəli mütəxəssislərə qədər çoxlu sayda idmançıya təlim keçmişdir.

Professor Kreyq Eşerik, Georgetown universitetində maliyyə üzrə bakalavr təhsili aldığı müddət ərzində basketbol ilə də məşğul olmuşdur. O, Georgetown universitetinin Hüquq Mərkəzində iki il müddətində basketbol məşqcisinin köməkçisi işləyib. Hüquq fakültəsindən məzun olduqdan sonra professor Eşerik, kişi basketbol komandası üçün Georgetown universitetində tam ştatlı köməkçi məşqçi olaraq 17 il fəaliyyətini davam etdirdikdən sonra o, 1988-ci ildə Seul Olimpiadasında bürünc medal qazanan ABŞ-ın Olimpiya komandasının basketbol məşqçisinin kəməkçisi kimi çalışıb. 1999-cu ildə Corctaun Universitetində basketbol üzrə baş məşqçisi olmuş və komandaya 103 qələbə qazandırmışdır.

Professor Eşerik idman yayımında çalışmış və idmanda media əlaqələri, idman idarəçiliyinin əsasları və məşqçilik sənəti və elmləri üzrə bir sıra dərsliklər yazmışdır. Hal-hazırda o, Corc Meyson Universitetində idman idarəçiliyi üzrə dosent vəzifəsində işləyir.

S.Xankişiyeva

 

Paylaş:
672

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər