ABŞ-da öldürülən azərbaycanlı dəfn olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-da öldürülən azərbaycanlı dəfn olundu

10:45 - 21 / 01 / 2019
ABŞ-da öldürülən azərbaycanlı dəfn olundu

ABŞ-da öldürülən azərbaycanlı Elçin Xəlilovun meyiti Azərbaycana gətirilib.

1news.az-ın Femida.az-a istinadla verdiyi xəbərə görə, dünən Bakı vaxtı ilə səhər 8:30-da Elçinin cənazəsi Heydər Əliyev adına hava limanına çatdırılıb.

Meyiti qəbul etmək üçün Elçinin qardaşı və yaxın dostları Bakı aeroportuna gediblər. Mərhumun cəsədi dəfn olunmaq üçün doğulduğu Sumqayıt şəhərinə aparılıb. Dəfn mərasimi dünən günorta saatlarında baş tutub.

Xatırladaq ki, Elçin Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, 2011-ci ildə Memarlıq və İnşaat Universitetindən məzun olub.

2015-ci ildə qazanc məqsədi ilə ABŞ-a köçən gənc Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində “Fixer Electronic Repair” dükanını açıb. Elçin mobil telefonların satışı və təmiri ilə məşğul olub.

Bu il yanvarın 14-də yerli vaxtla səhər 11 radələrində onun sahibi olduğu mağazadan oğurluq etməyə çalışan şəxs Elçini güllələyərək öldürüb. Cinayətkar mağazadakı bütün pulları götürərək qaçıb. Polis hələ də onun izindədir.

Qeyd edək ki, dostları Elçinin meyitinin Azərbaycana ekstradisiyası üçün fond yaradıb. Qısa zamanda fonda 35 min dollar pul toplanıb və beləcə mərhumun cəsədi vətənə göndərilib.

ABŞ-da azərbaycanlı iş adamı güllələnib – VİDEO

ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən AÇIQLAMA – FOTO

S.Xankişiyeva

 

 

Paylaş:
669

Son xəbərlər

İlham Əliyev: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06
Bütün xəbərlər