700 bal toplamış tələbə: Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANM-dır | 1news.az | Xəbərlər
Cəmiyyət

700 bal toplamış tələbə: Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANM-dır

10:05 - 19 / 09 / 2018
700 bal toplamış tələbə: Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANM-dır

Qəbul imtahanlarında 700 bal toplamış Göyçayın Ləkçıplaq kənd məktəbinin yetirməsi Qədirli Şəkərin müsahibəsini təqdim edirik.

Bu haqda 1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

-Şəkər, özünüz haqda bir az danışın.

Mən Qədirli Şəkər, Göyçay rayonunun Ləkçıplaq kəndində dünyaya gəlmişəm. Öz uşaqlığımı elə həmin kənddə keçirmişəm. Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbdə orta təhsilimi almışam.

- Necə oldu ki, 700 bal toplaya bildiz?

Aprel ayının 1-də sınaq imtahanında 700 bal topladım və bu mənə böyük stimul verdi. İlk qəbul imtahanında 685 bal topladım, təbii ki bu məni qane etmədi. Özümə inanırdım və daha əzmlə çalışmağa davam etdim. Nəhayət, 2-ci qəbul imtahanında 700 bal topladım.

- Qəbul imtahanında göstərdiyiniz uğur kimin sayəsinda mümkün oldu?

Qəbulda uğuruma görə ən birinci özumə minnətdaram, öz zəkam və əzmkarlığım sayəsində bu uğuru qazanmışam. Valideynlərimə, xüsusilə anama təşəkkür bildirirəm ki, mənə təhsil almağım üçün şərait yaradıblar. Anam həm də xarici dil müəlliməm olub. Hələ uşaqlıqdan anamın dünya görüşünə heyran qalırdım. Fransız dili müəlliməsi olsada mənə riyaziyyat, fizika ilə bağlı dəyərli məlumatlar verirdi. Mən həmişə anam kimi olmaq istəmişəm.

- Niyə I qrupa üstünlük vermisiz?

Mən yuxarı siniflərdə artıq dəqiq elmlərə marağımın daha çox olduğunu anladım. Ona görə də I qrupu seçdim.

- Ən çox hansı fənni və nə üçün sevmisiz?

Mən riyaziyyat, fizika, kimya kimi fənləri çox sevirəm. Xüsusilə də, həndəsə məsələlərinin, fizika məsələlərinin həllərində çox kreativəm, yəni kiminsə ağlına gəlməyən daha sərfəli yollar tapmaq  mənə zövq verir. Bəzən beynimin sərhəd tanımamasına heyran qalıram.

- Bəs ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz?

Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANM-dır. Son bir neçə ildə mən buna əmin oldum. Elə bacım da BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alır.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

Boş vaxtlarımda intellektual oyunlar oynayıram, fantastik filmlər, bir də cizgi filmlərini izləyirəm.

- Mühəndis olmaq istəyirsiz. Sizə bu peşə xanım üçün çətin olmaz ki?

Düşünürəm,  əgər bir insanın hər hansı sahədə bilik və istedadı varsa, onun qadın və ya kişi olmasının fərqi yoxdur.

- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

Mən BANM-da “İnformasiya təhlükəsizliyi” ixtisasını seçdim.

-Niyə məhz “İnformasiya təhlükəsizliyi”?

Hal-hazırda bu çox potensiallı sahədir. Azərbaycanın kiber təhlükəsizliyi sahəsində milli kadrlara ehtiyacı çoxdur.

- Seçiminizi özünüz etmisiz, yoxsa bacınız məsləhət gördü?

Bu seçimi mən özüm etmişəm. Ailəm də BANM-da bu yeni ixtisasın açılmasına çox sevindilər.

- Hansı xüsusiyyətiniz sizi digərlərindən fərqləndirə bilər?

Hələ uşaqlıqdan digər uşaqlardan davranışlarım və maraqlarımla fərqlənmişəm. Həmişə təxəyyülüm məni digərlərindən bir addım öndə edib.

- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansılardır?

Parlaq gələcəyi olan ixtisas kimi elə öz ixtisasımı görürəm – yəni, “İnformasiya təhlükəsizliyi”

- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə/strukturda görmək istəyirsiz?

Gələcəkdə özəl şirkət yoxsa dövlət işində işləyəcəyimi hələ qərarlaşdırmamışam. Əsas odur ki, öz ölkənə xeyirli vətəndaş olasan.

- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır – şans yoxsa ...?

Uğur əldə etmək üçün ilk öncə istedad olmalıdır, daha sonra xəyallar, məsuliyyət və zəhmət. Lakin, uğur üçün həm də şans lazımdır.

- Dostlarınız çoxdur?

Dostum mənim anam və bacımdır. Ətrafımdakı insanlar isə tanışlarımdır.

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

Gələcək abituriyentlərə məsləhətim odur ki hər şeyə maraqla yanaşsınlar. Qaranlıq məqamların üstündən keçmək olmaz. Əyləncələrə vaxt itirməsinlər, zamana və gördükləri işə məsuliyyətlə yanaşsınlar. İnsanın həyatında bir saniyə belə önəmlidir. Bir də, yuxu rejiminə ciddi əməl etsinlər. Minimum 8 saat yatmaq lazımdır.

S.Xankişiyeva

 

 

Paylaş:
401

Son xəbərlər

“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11
Bütün xəbərlər