İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdü | 1news.az | Xəbərlər
Mədəniyyət

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdü

10:59 - 24 / 04 / 2024
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdü

Azərbaycanı Avroviziya-2024 mahnı müsabiqəsində təmsil edəcək FAHREE və İlkin Dövlətov İsveç səfirinin qonaqları olub.

1news.az xəbər verir ki, bu il müsabiqəyə ev sahibliyi edəcək İsveç Krallığının Azərbaycandakı səfiri cənab Tobias Lorentzson təmsilçilərimiz ilə görüşüb, onlara dəstək olduqlarını bildirib və müsabiqədə uğurlar arzulayıb. Səfirliyin ticarət və mədəniyyət məsələləri üzrə müşaviri Sirus Rüstəmovun da iştirak etdiyi görüş Azərbaycanın tarixində vacib rol oynamış isveçli Nobel ailəsinin iqamətgahında, qeyri-rəsmi formatda baş tutub. İfaçıların bu barədə təəssüratları onların Instagram səhifələrində və nümayəndə heyətinin rəsmi hesabında paylaşılıb. Təmsilçilərimiz səfirlə həmsöhbət olmaqdan məmnun qaldıqlarını, ondan faydalı məsləhətlər aldıqlarını və hər iki ölkənin mədəniyyəti haqqında səmimi ab-havada müzakirə apardıqlarını qeyd ediblər.

Bundan əlavə, FAHREE və İlkin İsveçin Azərbaycandakı səfirliyinə Avroviziya final gecəsinin birgə baxışını təşkil etdikləri üçün təşəkkürlərini bildiriblər. Birgə baxışa Azərbaycanı Avroviziyada öncəki illərdə təmsil etmiş ifaçılar və müsabiqənin fan-cəmiyyətlərinin üzvləri də dəvət olunublar.

Paylaş:
233

Son xəbərlər

Qaraçuxurda bir avtomobilin şüşəsi sındırıldı, digəri yandırıldıBu gün, 11:01Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıbBu gün, 10:48Ukrayna Rusiyaya hücum etdi - Ölən və yaralananlar varBu gün, 10:34Qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatacaqBu gün, 10:26Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblarBu gün, 10:11Ağdaşda tikinti mağazası yandı - VİDEOBu gün, 10:01Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 09:59Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:47AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:34Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 09:26Qobustan qəsəbəsində 24 yaşlı oğlan evdə ölü aşkarlanıbBu gün, 09:21Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:18Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər ələ keçibBu gün, 09:12Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:00“Vüsal hicrandan acıymış” filminin təqdimat mərasimi keçirildi – FOTO05 / 05 / 2024, 14:00İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15
Bütün xəbərlər